Nida.az
İranın Qafqaza gəlişi: TANAP, Qarabağ... və Kremlin sərt üzü – “STRATFOR”
İran sanksiyalardan xilas olduğu üçün regional səviyyədə genişlənməyə üz tutur. Xüsusilə Tehran Cənubi Qafqaz regionunu öz təsir dairəsinə almaqda maraqlıdır.
Publika.az xəbər verir ki, ABŞ kəşfiyyatının
“kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzi İranın regional
siyasətini şərh edib.
Mərkəz yazır ki, Tehranın ilk hədəfi Azərbaycan, Gürcüstan və
Ermənistanla daha geniş iqtisadi əməkdaşlıq olacaq: “Bu istiqamətdə
İran Qara və Xəzər dənizi hövzəsində iki əsrdən artıq rəqib olduğu
Rusiya faktorunu nəzərə almalıdır. İran və Rusiya regional
geosiyasi rəqiblərdir. Lakin Qərb tərəfindən aparılan bloklaşdırma
siyasətinə qarşı onlar zaman-zaman əməkdaşlıq ediblər. Xüsusilə
Cənubi Qafqaz regionunun nəzarətdən çıxaraq Qərbin çətiri altına
keçməsinə qarşı iki ölkə eyni hədəfə vurur”.
“Stratfor” qeyd edir ki, İranın regional fəaliyyətini genişləndirməsinin bir neçə səbəbi var.
“Avropa Rusiya qazından imtina etmək istəyir və belə bir məqamda
İran bazarda öz mövqeyini möhkəmləndirə bilər. Lakin əvvəlcə o,
Cənubi Qafqaza daxil olmalıdır. Tehran bu yaxınlarda TANAP və TAP
layihələrindən istifadədə maraqlı olduğunu bəyan etdi. Digər seçim
Ermənistandan keçməklə Gürcüstanın Batumi və Poti limanlarından
Qara dənizə çıxışdır. İran məmurları artıq bu məqsədlə İrəvana
nəvaziş göstərirlər”, - deyə məqalədə bildirilir.
Mərkəz İran üçün öz qazını Türkiyədən ixrac etməyin daha rahat
olduğuna diqqət çəkir: “Lakin Türkiyə-İran arasında kəskin
münasibətlər burada problemlərə yol açır. Xüsusilə Suriya
münaqişəsi ikitərəfli əlaqələrə maneə yaradır. Əgər Suriyada
vətəndaş müharibəsi başa çatarsa, İran qazının Avropaya çıxarılması
yolunda Ermənistan marşrutu aradan qalxa bilər. Hazırda İranla
Ermənistan arasında 3,7 milyard dollar dəyərində dəmiryol xəttinin
çəkilməsi üzrə danışıqlar gedir. Buna baxmayaraq, Tehran üçün
Ermənistan marşrutu mürəkkəbdir. Çünki Moskva Ermənistandan keçən
əsas infrastruktur layihələrində öz səhmini saxlamaq və bu ölkədəki
təsir imkanlarını əlində tutmada qətiyyətlidir”.
Məqalədə deyilir ki, bu yaxınlarda Gürcüstanın öz qaz təchizatını
diversifikasiya addımları İranın regiona girməsini stimullaşdırır:
“Rusiya maneəsi İranı Ermənistana bel bağlamamağa sövq edir. Tehran
indi Azərbaycan və Gürcüstana dəmiryolu infrastrukturunun tikintisi
üçün 400 milyon dollar xərcləmək niyyətindədir. İran həmçinin bütün
region ölkələri ilə ticarət dövriyyəsini artırmağı
qərarlaşdırıb”.
“Stratfor” vurğulayır ki, sanksiyaların götürülməsi İranın Dağlıq
Qarabağ münaqişəsinə diqqət ayırmasına da səbəb olacaq.
“Münaqişənin ilkin mərhələsində Tehran hər iki tərəf arasında
vasitəçilik etməyə cəhd etdi, lakin erməni qüvvələri sülhü pozdu.
İndi Azərbaycan Qarabağda status-kvonu dəyişmək üçün çalışır və
İran burada rol almaqda maraqlıdır. Yanvarın 22-də İranın Xarici
İşlər Nazirliyi münaqişədə vasitəçilik etməyi təklif etdi. Hansı
ki, bu, Tehrana regionda infrastruktur layihələrini həyata
keçirməyə imkanlar yaradır. İranın bu münaqişədə iştirakı Rusiyanın
prosesdəki hakim mövqeyini dağıdacaq. Rusiya buna qarşıdır, lakin
regiona xarici güclərin müdaxiləsi ehtimalına qarşı Tehran Moskva
üçün qiymətli partnyordur. Xüsusilə Türkiyə, Gürcüstan və
Azərbaycanın əməkdaşlığı, Transxəzər layihəsinin gerçəkləşdirilməsi
yolundakı addımlar Rusiyanı İranla daha sıx işləməyə məcbur edir”,
- məqalədə qeyd olunur.
Mərkəz regionda hərbi maraqlar kontekstindəki prosesləri də şərh
edir: “İran və Rusiya Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı
hərbi əməkdaşlıqdan narahatdırlar. Onlar xüsusilə NATO-nun regionda
hakim olacağı ehtimalından qorxurlar”.
“Stratfor” son olaraq yazır ki, İran Cənubi Qafqaz ölkələri ilə
iqtisadi əməkdaşlığı genişləndirməklə regionda siyasi baxımdan daha
aktiv olacaq.
“Əgər İran burada Rusiyanın maraqlarına toxunarsa, o zaman Moskva
İranın böyük enerji infrastrukturuna imkan verməmək üçün hər şey
edəcək. O, ilk növbədə təsiri altındakı Ermənistan marşrutunu
qapadacaq. Digər tərəfdən, Tehran yenidən Dağlıq Qarabağ
münaqişəsində iştirak etməyə cəhd etsə də, Rusiya onun iştirakını
məhdudlaşdıracaq, hətta bloklayacaq da”, - deyə məqalədə diqqətə
çatdırılır.
Asif Nərimanlı
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR