Prezident İlham Əliyev paralimpiyaçıları təltif etdi
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyev paralimpiyaçıları təltif etdi

Prezidenti İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Dostluq” ordeni ilə

Filip Kreven

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Rəhimov İlqar Elxan oğlu

“Tərəqqi” medalı ilə

Adilov Tahir Alizaman oğlu

Əhmədov Əfqan Nurbala oğlu

Əhmədov Mehti Nəriman oğlu

Həmidov Şaiq Məmməd oğlu

Hüseynov Elşən Əliqara oğlu

İbişov İlqar Əsgər oğlu

Kərimova Vüsalə Akif qızı

Kəsəmənski Ramin İlham oğlu

Qasımov Natiq Misir oğlu

Məmmədov Vüqar Ənvər oğlu

Şahtahtinski Oktay Adil oğlu

Vəliyeva Zinyət Səyyad qızı.

***

Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Abdullayev Zahir Abdulla oğlu

Bilalov Zeynidin Dolqatoviç

Culfayev Alavərdi Abasoviç

Entoni Seynsburi

Hacızadə Tərlan Əziz oğlu

Həsənov Hüseyn İsmayıl oğlu

İbrahimov Ramin Eldar oğlu

İsmayılov Gündüz Arif oğlu

Mehdiyev Vüqar Namizəd oğlu

Məmmədov Tofiq Faiq oğlu

Muradov Elçin Tofiq oğlu

Musayev Oloxan İsayeviç

Panyutin Oleq Viktoroviç

Pronina Natali Aleksandrovna

Sərdarov Kərim Əliqulu oğlu

Sotnikov Vitaliy Nikolayeviç

Sultanova Afaq Vaqif qızı

Süleymanov Afiq Məmməd oğlu

Taranova Yelena İvanovna

Təhməzov Sergey Mehdiyeviç.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İ.E.İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə İbrahim Eldar oğlu İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm