Nida.az
Nüfuzlu ABŞ mərkəzi Bakının AŞPA-dakı qələbəsi barədə
“Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin
Ermənistan tərəfindən işğalına dair iki məruzə layihəsi AŞPA-nın
Strasburqda keçirilən qış sessiyasında müzakirə edilərək, səsə
qoyuldu. Hər iki məruzə işğal edilmiş Dağlıq Qarabağ və qonşu
ərazilərə dair unudulmuş məsələnin yenidən beynəlxalq gündəmə
gətirilməsi uğrunda iki ildən bəri Strasburqda mübarizə aparan
Elxan Süleymanovun irəli sürdüyü qətnamə layihələrinə
əsaslanırdı”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş
sovet respublikalarını öyrənən nüfuzlu mərkəzinin saytında
(cxssr.org) dərc olunan məqalədə bildirilir.
Məqalədə deyilir ki, birinci məruzə layihəsi Ermənistan silahlı
qüvvələri ilə sərhəddə təmas xəttində zorakılığın artmasına,
ikincisi isə Azərbaycan vətəndaşlarının Sərsəng su anbarına yaxın
bölgələrdə üzləşdiyi humanitar böhrana və onların qəsdən sudan
məhrum edilməsinə diqqəti yönəltmişdi: “Cəbhə xəttində zorakılığın
artmasından bəhs edən birinci məruzə layihəsi kiçik səs fərqi ilə
rədd edildi, çünki bir çox deputatlar ATƏT-in bu məsələnin AŞPA
deyil, onların məsuliyyətində olması arqumentinə təslim olmuşdu.
ATƏT-in Minsk Qrupunun həmsədrləri həqiqətən də Avropa Şurası
parlamentarilərinə heç zaman görünməmiş, qəzəbli açıq məktublar və
mətbuat bəyanatları göndərərək, “onların işləri”nə müdaxilə etməmək
barədə “xəbərdarlıq” edirdilər. Nəticədə, bir çox deputatlar
Vaşinqton, Paris və Moskva rəsmi administrasiyalarının belə böyük
təzyiqinin təəssüratı ilə heç bir mövqe tutmadılar. Nəticədə, 45
deputat səsvermədə bitərəf qaldı, bu isə AŞPA tarixində bitərəf
səslərin sayında nadir rəqəm idi. Şübhəsiz, AŞPA-nın cəbhədə təmas
xəttində zorakılığın artmasına göz yumması hər iki tərəf -
Azərbaycan və Ermənistan üçün təəssüfləndirici haldır, çünki demək
olar ki, hər gün hər iki tərəfdə hərbi və mülki itkilər qeydə
alınır”.
Sayt yazır ki, ATƏT-in Minsk Qrupu administrasiyaları ermənilərin
AŞPA-dakı müzakirəni susdurmaq cəhdlərini açıq-aydın dəstəkləyirdi
və ermənilər əsasən hər iki tərəfi həll yolu tapmaq üçün məsuliyyət
hiss etməyə çağıran və təmas xəttində zorakılığın artmasından bəhs
edən birinci məruzəyə diqqəti yönəltmişdilər, bu səbəbdən onların
hamısı ikinci məruzəyə daha az diqqət göstərmişdi: “Lakin ermənilər
sonradan bu səhvə görə çox təəssüflənəcəkdilər. Elxan Süleymanovun
təşəbbüsü olan ikinci məruzə həqiqətən də fərqli xarakter
daşıyırdı. Bu məruzə bütün və yeganə məsuliyyəti, təcavüzkar kimi,
açıq-aydın Ermənistan hakimiyyətinin üzərinə qoyur və Azərbaycan
vətəndaşlarını Ermənistan təcavüzünün qurbanları kimi təqdim edir.
Qətnamədə bildirilir ki, Ermənistan hakimiyyəti Sərsəng hövzəsinin
suyundan və bəndin və irriqasiya kanallarının bərbad vəziyyətindən
ekoloji təcavüz kimi sui-istifadə edir və bu, Aşağı Qarabağ
vadisində yaşayan Azərbaycan vətəndaşları üçün ekoloji fəlakət
yaratmaq məqsədi daşıyan zorakı hərəkətdir: “7.2.
Ermənistan hakimiyyətinin su ehtiyatlarından
münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud
təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edir.”
Bütün əvvəlki qətnamələrdən fərqli olaraq, bu qətnamədə bu
təcavüzün birgə məsuliyyət olduğu qeyd edilmir. Bu gün bu təcavüzə
görə açıq-aydın məsuliyyət daşıyan yeganə tərəf Ermənistan
hakimiyyətidir və Ermənistana bu tələbləri yerinə yetirmək çağırışı
edilir”.
Məqalədə qeyd olunur ki, qəbul edilmiş 2085 (2016)
saylı bu qətnamənin ən mühüm hissəsi odur ki, AŞPA “Ermənistanı
açıq-aydın Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərinin
işğalçısı” kimi təqdim edir və AŞPA “Ermənistan silahlı
qüvvələrinin bölgədən dərhal geri çəkilməsi üçün rəsmi tələb” qəbul
etdi.
“Bundan əlavə, Ermənistanın irəli sürdüyü 21 düzəlişin hamısı böyük
əksəriyyətlə məğlubiyyətə uğradığından və ya nəticədə geri
götürüldüyündən, Avropa Şurası Parlament Assambleyası qəbul edilmiş
mətnə Azərbaycanın maraqlarının əleyhinə olan heç bir hissə daxil
etməmişdir. Bu məsələdə klassik istinad olan əvvəlki qətnamələrdən,
o cümlədən 2005-ci il qətnaməsindən fərqli olaraq, yeni qəbul
edilmiş qətnamədə artıq “nəzarətdə saxlayan separatçı qüvvələr”
sözləri yoxdur. 2016-cı ildə bu qətnamənin qəbul edilməsi ilə,
nəhayət, AŞPA həqiqətən də birmənalı şəkildə bəyan edir ki,
“Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərini
işğal altında saxlayır.” Qətnamə layihəsinin 4-cü paraqrafında öz
əksini tapan bu mövqe müzakirədə erməniləri hiddətləndirdi, çünki
onlar bu paraqrafın dəhşətli miqyasını və gələcək mövqeləri üçün
siyasi nəticəsini çox yaxşı anladılar, lakin Assambleya ermənilərin
həmin paraqrafı çıxarmaq barədə düzəlişini 109 səs əleyhinə, 37 səs
lehinə və 36 səs bitərəf olmaqla, rədd etdi. Nəticə etibarilə, bu
qətnamənin mətni bütövlükdə plenar iclasda 98 səs lehinə, 71 səs
əleyhinə və 40 səs bitərəf olmaqla, qəbul edildi. Bu qətnamə 26
yanvar 2016-cı ildən etibarən rəsmi 2085 (2016)
nömrəsini daşıyır və AŞPA-nın əsas səhifəsində “qəbul edilmiş
mətnlər” kateqoriyasında yerləşdirilmişdir. Yeni qətnamə bu gündən
etibarən Parlament Assambleyasının yekun, dəyişməz və rəsmi
sənədidir və əvvəlki 1416 (2005) saylı qətnamə ilə
birlikdə nəzərdən keçirilə bilər və biləcək. Bu yeni 2016-cı il
qətnaməsi əvvəlki 2005-ci il qətnaməsi ilə bərabər, istənilən
müzakirədə, istənilən formatda yeni hüquqi istinad kimi,
Azərbaycanın istənilən rəsmisi və ya Azərbaycanın dostları üçün
hüquqi dəstəkdir. AŞPA, BMT TŞ, AP yaxud ATƏT tərəfindən Dağlıq
Qarabağ məsələsinə dair indiyə qədər qəbul edilmiş bütün
qətnamələrlə müqayisədə, tamamilə aydındır ki, Elxan Süleymanovun
bu təşəbbüsü, nəhayət, Azərbaycanın Dağlıq Qarabağ və digər
ərazilərinin Ermənistan tərəfindən işğalı tarixində ən güclü və
ədalətli, rəsmi beynəlxalq mövqe ilə nəticələndi. Eyni zamanda
2005-ci il qətnaməsindən fərqli olaraq, 2016-cı il qətnaməsində
AŞPA artıq rəsmi surətdə Azərbaycanı separatçıların “siyasi
nümayəndələri” ilə əlaqələr qurmağa, “bölgənin gələcək statusunu”
onlarla müzakirə etməyə və xüsusilə bunu “qeyd-şərtsiz” etməyə
çağırmır. Yeni qətnamə bunu qəti qeyd etmir və təcavüzə görə tam və
yeganə məsuliyyəti birmənalı şəkildə Ermənistan hakimiyyətinin
üzərinə qoyur. Qısası, bu gündən etibarən yeni beynəlxalq vəziyyət
belədir ki, əvvəlcədən mövcud olan 1416 (2005) saylı qətnamə ilə
bərabər, indi Azərbaycan təşəbbüskarı Elxan Süleymanov olan,
2085 (2016) saylı rəsmi AŞPA nömrəsi ilə
arxivləşdirilmiş və Avropa Şurası Parlament Assambleyasının
ədalətli, yeni, əlavə və izahedici rəsmi mövqeyini əks etdirən
yeni, çox güclü və aydın qətnaməyə güvənə bilər. Beləliklə 26
yanvar 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən
qəbul edilmiş qətnamə ilə, xüsusilə 4-cü paraqrafda rəsmi olaraq
təsdiqləndi ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və digər
qonşu ərazilərini işğal altında saxlayır və Assambleya
Ermənistandan dərhal öz qoşunlarını bölgədən geri çəkməsi ilə bağlı
aydın tələb ifadə edir”, - deyə məqalədə bildirilir.
Mərkəz xatırladır ki, keçən ay ərzində bütün Ermənistan cəmiyyəti
və diasporları, eləcə də siyasi və dini liderlər, media
nümayəndələri, beynəlxalq vətəndaş cəmiyyəti, müxalifət
partiyaları, bütöv Avropa və ABŞ-dakı bütün diplomatları çox kiçik,
lakin çox cəsarətli ölkə olan Azərbaycan xalqının nümayəndəsi Elxan
Süleymanov tərəfindən təşəbbüsü irəli sürülmüş bu məruzələrə qarşı
səfərbər oldu: “Birdən, lakin gözlənilən şəkildə Elxan Süleymanov
başa düşdü ki, ədalətə çağırış etməklə, o, demək olar ki, bütün
dünyaya meydan oxuyub və Azərbaycan üçün qələbə heç vaxt bu qədər
qeyri-müəyyən olmayıb. Bundan əlavə, rəsmi Azərbaycan tərəfinin,
hətta bu vətənpərvərlik döyüşünə az diqqət göstərmiş peşəkar
azərbaycanlı diplomatların dəstəyi olduqca əbəs və faydasız idi.
Bununla belə, 26 yanvar 2016-cı ildə, günorta radələrində yekun
səsvermənin nəticəsi 200-dən çox deputatın həmin səsvermədə iştirak
etdiyi Plenar İclasda böyük ekranlarda işıqlandırıldı. Qətnamə
böyük əksəriyyətlə qəbul edildi və qələbə, nəhayət, qəti surətdə
təsdiqləndi. Onun ürəyi sevincdən uçurdu. Elxan Süleymanov dərhal
ölkəsini təbrik etdi və Parlament Assambleyasının üzvlərinə
verdikləri dəstəyə görə təşəkkürünü bildirdi. 11 illik tam sükutdan
sonra Azərbaycan üçün 2005-cil qətnaməsinə əlavə və tamamlayıcı
olaraq, yenicə qəbul edilmiş 2085 (2016) saylı bu
qətnamə olduqca təqdirəlayiqdir! Eyni zamanda, bu yeni qətnamə
artıq Avropanın müxtəlif tərəflərindən çoxsaylı reaksiyalara məruz
qalır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının son
iki ildə yenidən beynəlxalq ictimaiyyətin tam diqqətinə
çatdırılması və xüsusilə ATƏT Minsk Qrupunun həmsədrlərinin 21
ildən bəri heç bir irəliləyiş əldə etməməsini nəzərə alaraq, bu,
açıq-aşkar Azərbaycanın xeyrinə xidmət edirdi”.
Məqalədə qeyd olunur ki, əslində Elxan Süleymanovun bu təşəbbüsü
davam edən ədalətsizlik barəsində beynəlxalq məlumatlılığı artırdı
və sonda çox illərdən sonra bütün bunların “dondurulmuş müharibə”
barəsində olmamasına aydınlıq gətirdi: “Onun təşəbbüsü qətnamə ilə
nəticələndi və rəsmi olaraq təsdiqləndi ki, bütün bu illərdən bəri
bu, bir qonşu dövlət olan Ermənistanın bütün beynəlxalq
prinsiplərin əleyhinə gedərək, silahlı təcavüz vasitəsilə digər bir
qonşu dövlət olan Azərbaycan ərazilərini işğal etməsi barəsindədir.
Bundan əlavə, 2085 (2016) saylı bu yeni qətnamə
sayəsində beynəlxalq ictimaiyyət və xüsusilə Avropa ictimaiyyəti
başa düşür ki, təkcə Dağlıq Qarabağ deyil, həm də Azərbaycanın
digər yeddi rayonu Ermənistanın əsassız və qeyri-qanuni silahlı
işğalından əziyyət çəkir. Elxan Süleymanov bir daha Azərbaycan
xalqına çoxsaylı əks, korporativ və qlobal qüvvələri məğlubiyyətə
uğratmış bu mötəbər qələbə münasibətilə təbriklərini çatdırır və bu
qələbəni keçmişdə bu ədalətli iş uğrunda canından keçmiş
Azərbaycanın bütün qəhrəman və vətənpərvərlərinə həsr edir. O
ümidvardır ki, bu qələbə Azərbaycan üçün yeni ümid olacaq və
Azərbaycanın işğal altında olan bütün ərazilərinin azad edilməsinə
öz töhfəsini verəcəkdir”.
Asif
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK