Yeni Müsavat-ADR qalmaqalı: “Bağda yüz-yüz vuraraq...”
Bizi izləyin

Nida.az

Yeni Müsavat-ADR qalmaqalı: “Bağda yüz-yüz vuraraq...”

Müsavat Partiyası ilə keçmiş müsavatçıların yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) arasında ciddi qarşıdurma baş verib.


Publika.az xəbər verir ki, Müsavat başqanının müavini Elman Fəttah ADR-in hakimiyyətə işlədiyini iddia edib. Onun bu iddiası qarşı tərəfin sərt reaksiyasına səbəb olub.


ADR sədrinin müavini Səxavət Əlisoy bildirib ki, Elman Fəttah Arif Hacılının saxtakarlıq maşınının vintidir: “Hakimiyyət bizi dəstəkləsə, Arif Hacılının qardaşlarından biri ADR-in ideoloqlarından ola bilərdi. Elman Fəttah isə artıq-əskik danışmasın, bir qədər də başını işlətsin”.


S. Əlisoy Arif Hacılı və komandasını Müsavatı məhv etməkdə ittiham edib.


“Müsavatın başına açdıqlarından utansınlar. Amma onlar ən yaxşı halda Arif Hacılının bağında yüz-yüz vuraraq, etdiklərindən fərəh hissi keçirə bilərlər. Müsavatda demokratiya anlayışı Arif Hacılının meyarları ilə müəyyənləşir. Müsavat adlı dərnəkdə, sexdə Elman Fəttah və ya hansısa məddah Arif Hacılını tənqid edə bilər? Əlbəttə yox. Kim daha çox yaltaqlanırsa, ona vəzifə verirlər. Ona görə də Arif Hacılının 10-dan çox müşaviri var”.


ADR üzvü Rahib Mirələmov isə Müsavatı öz gününə ağlamağa dəvət edib.


Onun sözlərinə görə, Müsavat Partiyasının rəhbərliyini fırıldaq yollarla ələ keçirən bir qrup yenə də öz ampulasındadır: “Yanvarın 31-də Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edərkən, Müsavatın düşdüyü günü aydın görmək olurdu. Belə ki, 10-15 adamla Novxanıya gələn arifçilər saylarının çox az olduğunu görüb yenə fırıldağa əl atdılar. Onlardan qabaq meydana daxil olan KXCP və ADP üzvlərinin arasına qarışmış, mikrofonu ələ keçirərək, adıçəkilən partiyaların rəhbərlərini tribunadan uzaqlaşdırıb, təcili bir neçə şəkil çəkdirərək saylarını süni də olsa çox göstərməyə çalışıblar. Siyasi meyitə çevrilən bu adamlar başa düşmək istəmir ki, artıq meydan sizlik deyil, çəkilin bir kənara, belə mənasız üsullardan əl çəkin. Siz öz dövr və zamanınızı xərcləmisiniz. Siyasətə yeni nəfəs verənlərə nə qədər mane olsanız da, xeyri olmayacaq”.


R. Mirələmov Müsavatın ADR-ə ləkə yaxmaq istədiyini bildirib.


“Yeni yaranmasına baxmayaraq, cəmiyyətdə getdikcə böyük nüfuz qazanmağa nail olan ADR hərəkatına çamur atmaqla onu gözdən salmağa çalışsanız da, bir şey əldə edə bilmirsiniz və özünüzü daha da dərin bir quyuya salırsınız. Əgər gələcək nəsillərin sizi lənətləməsini istəmirsinizsə, siyasi meydandan çəkilin, əl-ayağa dolaşmayın”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm