ATƏT sədri: “Dağlıq Qarabağda toqquşmalardan narahatıq”
Bizi izləyin

Nida.az

ATƏT sədri: “Dağlıq Qarabağda toqquşmalardan narahatıq”

“Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya, həmçinin Dnestryanı münaqişələri dondurulmuş deyil. Çünki faktiki olaraq bu münaqişələr insanlara əziyyət verir və regionun inkişafına maneələr yaradır”.

Publika.az xəbər verir ki, bu barədə ATƏT-ə sədrlik edən Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer “Huffington Post” nəşrində dərc olunan məqaləsində yazıb.

ATƏT-ə sədrlik edən ölkənin baş diplomatı gərginliyin azalmasına maraqlı olduqlarını diqqətə çatdırıb: “Biz atəşin dayandırılmasını, vəziyyətin sabitləşməsini, insanların gündəlik həyatının yoluna qoyulmasının istəyirik”.

Dağlıq Qarabağ münaqişəsinə xüsusi toxunan alman nazir Azərbaycan-Ermənistan sərhədində və təmas xəttindəki toqquşmalardan ATƏT-in narahat olduğunu dilə gətirib.

“Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqların intensivləşdirilməsini dəstəkləyir”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm