“Azərbaycan və Ermənistan arasında savaş” – TÜRK MEDİASI
Bizi izləyin

Nida.az

“Azərbaycan və Ermənistan arasında savaş” – TÜRK MEDİASI

Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalar davam edir.


Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub. Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.


Publika.az xəbər verir ki, Türkiyə mediası da cəbhədəki qarşıdurmaya xüsusi yer ayırıb.


Anadolu agentliyi silahlı qarşıdurma haqda xəbəri “Azərbaycan və Ermənistan arasında savaş” başlığı ilə yayımlayıb.


“Ermənistan tərəfinin hücumu nəticəsində Azərbaycan Ordusundan İmran Mirzəyev şəhid olub. Azərbaycan Ordusu erməni təxribat hücumlarının qarşısını alıb. Ermənistan tərəfin üç əsgəri öldürülüb”, - deyə agentliyin xəbərində bildirilir.


Qeyd edək ki, cəbhə xəttindəki silahlı toqquşmalarla bağlı xəbəri bir çox Türkiyə qəzet və saytları “Azərbaycan-Ermənistan savaşı” deyə təqdim ediblər.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm