• USD 1,7000 0,00% EUR 1,8744 +0,23%
    • GBP 2,1898 +0,35% RUB 0,0266 +0,75%

Avropanın Qarabağda müharibə qorxusu: “Minsk qrupu Ermənistana xidmət edir”

  • Nida.az
  • 4 Fevral 2016 21:12
  • 2 305 Baxış
Avropanın Qarabağda müharibə qorxusu: “Minsk qrupu Ermənistana xidmət edir”

Avropa Birliyi məsələləri üzrə ixtisaslaşmış nüfuzlu Avropa Siyasəti Mərkəzi (European Policy Center) Dağlıq Qarabağ münaqişəsinə dair təhlil hazırlayıb.

Publika.az
mərkəzin saytına (epc.eu) istinadən xəbər verir ki, “Dağlıq Qarabağ və Avropa Sərhədlərində Böhranlar Mənbəyi” adlı təhlildə Dağlıq Qarabağ münaqişəsinin Avropaya təhlükə yaratdığı qeyd olunur.

Amanda Paul və Dennis Sammutun müəllifi olduğu təhlildə deyilir ki, Avropa Birliyi münaqişəyə heç bir təsir etmədən məsələni tamamilə ATƏT-in Minsk qrupunun üzərinə buraxıb.

“Avropa Birliyinin münaqişə tərəfləri olan Azərbaycan və Ermənistana təsir imkanları yoxdur. Buna baxmayaraq, Birlik münaqişəyə biganə qala bilməz. Çünki gərginliyin artması Avropa üçün mühüm olan Cənub Qaz Dəhlizi layihəsinə təhlükə yaratmaqla yanaşı, yeni münaqişə ocağından miqrant axını təhdidini də artırır. Avropa Birliyi münaqişənin həllində daha fəal rol tutmalıdır”, - deyə təhlildə bildirilir.

Müəlliflər hesab edir ki, münaqişədə Minsk qrupu formatı Ermənistanın xeyrinədir: “İrəvan Minsk qrupunu mövcud status-kvonun qalmasının təminatı kimi görür. Azərbaycan isə qrupla əməkdaşlığı davam etdirsə də, onun fəaliyyətindən narazıdır”.

Təhlildə qeyd olunur ki, Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü aydın şəkildə dəstəkləsə də, rəsmi Bakı Birliyin Qarabağ münaqişəsinə yanaşmasından ümumən narazıdır.

“Bakı hesab edir ki, Avropa Birliyi Azərbaycan torpaqlarının işğalına, Ukrayna ərazisinə Rusiyanın müdaxiləsinə verdiyi reaksiyadan daha yumşaq münasibət bəsləyir”, - deyə bildirilir.

Müəlliflər Qarabağda müharibə odunun alovlana biləcəyini düşünürlər: “Bakı və İrəvanın müharibənin başlamasında maraqlı olmamaları, sülhün təminatı kimi qəbul edilməməlidir. Münaqişənin yenidən alovlanması üçün bütün faktorlar artıq mövcuddur. Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsini bundan sonra Rusiyanın periferiyasında lokal problem kimi deyil, Birliyin qonşuluğunda təhdid mənbəyi və potensial böhran kimi qiymətləndirilməlidir”, - deyə mərkəzin təhlilində vurğulanır.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR