ABŞ konqresmeni Azərbaycanla bağlı bəyanat verdi
Bizi izləyin

Nida.az

ABŞ konqresmeni Azərbaycanla bağlı bəyanat verdi

ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn 20 Yanvar və Xocalı faciələrinin ildönümü ilə əlaqədar Birləşmiş Ştatların Konqresində bəyanatla çıxış edib.

Publika.az xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, konqresmen bəyanatında 1990-cı ilin 20 yanvar tarixində sovet ordusunun dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini və nəticədə 130-dan çox insanın həyatını itirdiyini qeyd edib. O, həmçinin Azərbaycan torpağı olan Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aralarında qadın və uşaqların da olduğu 600-dən çox insanın qətlə yetirildiyini bildirib.

D.Peyn bəyanatında bu faciəvi tarixlərin anılması ilə bağlı Konqresin digər üzvlərinə də çağırış edib.

Konqresmen sonda Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə yerləşdiyini, ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm