Əli Kərimlinin separat işi, biznes maraqları və qazandıqları – ŞOK FAKTLAR
Bizi izləyin

Nida.az

Əli Kərimlinin separat işi, biznes maraqları və qazandıqları – ŞOK FAKTLAR

AXCP sədri Əli Kərimlinin 2000-ci illərdə hakimiyyətlə sıx təmasda olması haqda məlumatlar yenidən medianın gündəmini zəbt edib.


Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun “Trend”ə açıqladığı faktlar isə 16 il sonra bir çox məsələlərə işıq saldı.


“Əli Kərimli 2000-ci illərdə dəfələrlə yüksək vəzifəli rəsmi şəxslərlə xaricdə görüşmək arzusunda olduğunu bizlərə bəyan edib. Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı “Xankəndi” restoranı idi”, - deyə S. Novruzov bildirib.


YAP funksioneri qeyd edib ki, həmin dövrdə Əli Kərimli iqtidarla öz müttəfiqlərindən xəbərsiz apardığı danışıqlar nəticəsində partiyası Milli Məclisdə 4 proporsional və bir majoritar yer əldə edib: “Hətta o, partiyasının proporsional seçkidə iştirak etməsini təmin edən 50 min seçici imzasının toplanmasında da hakimiyyət tərəfindən geniş və hərtərəfli dəstək gördü”.


Əli Kərimlinin müxalifətin bütövlüyünü parçalaması haqda indiyə qədər bir çox fikirlər, məlumatlar və faktlar ortaya çıxıb. Lakin iqtidar nümayəndəsinin dilindən ilk dəfə olaraq 16 illik sirrin açıqlanması diqqət çəkəndir.


Publika.az Əli Kərimlinin müxalifəti parçalaması və separat danışıqlar aparması haqda qısa araşdırma aparıb.


AXC daxilində əsas fiqurlardan olmuş, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyir ki, Siyavuş Novruzov 16 il gecikmə ilə olsa da, həqiqətləri açıqlayıb: “Həmin vaxt Müsavat Partiyası öz reklam vaxtını mənə verdi. Mən cəbhəçiləri Müsavata səs verməyə çağırdım və bildirdim ki, Əli Kərimlinin qrupu hakimiyyətlə danışıqlara gedərək, həm proporsional, həm də majoritar sistemdə yer almaq niyyətindədir. Həmin vaxt insanların çoxu buna inanmırdı. Əli Kərimlinin qrupu parlamentə gedərək, Müsavatı ofsaytda buraxmaq istəyirdi. O vaxt bunları açıq söyləmişdim və illər keçəndən sonra hər şey ortaya çıxır”.


F. Mustafa qeyd edib ki, Əli Kərimli hakimiyyət tərəfindən Eldar Namazovla danışıqlar aparırmış.



Eldar Namazov danışıqların ilkin mərhələsində əsas bağlayıcı şəxs idi. Zaman bizim o vaxt doğru söylədiyimizi göstərir. İndi bu adamların hansı mənəvi haqla müxalifətçilikdən danışdıqları mənim üçün müəmma olaraq qalmaqdadır”, - deyə BQP sədri bildirib.


Məsələ ilə bağlı Eldar Namazovun fikirlərini öyrənmək cəhdlərimiz alınmadı.


Lakin Publika.az olaraq, Əli Kərimlinin apardığı separat danışıqlarla bağlı müəyyən məlumatlar da əldə edə bilmişik.

Vaxtilə Əli Kərimliyə çox yaxın olmuş şəxslərdən biri adının açıqlanaması şərti ilə bəzi məqamlara aydınlıq gətirib.


Danışıqlar təkcə “Xankəndi” restoranında deyil, “Qurd qapısı” restoranında da aparılırdı. O danışıqlarda Əli Kərimli və “Yurd”dan olan yaxın ətrafı iştirak edirdi. Onun yanındakılardan biri də Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimli idi. Sonradan Əli Kərimli öz missiyasını yerinə yetirdiyi üçün müəyyən biznes da qurdu. Hətta balıq vətəgələrində də müəyyən paya sahib idi. Biznes işlərini də İnqilab Kərimli idarə edirdi. Bu gün o, xaricə gedib. Onun xaricdə oturub iqtidar nümayəndələrinə hədə-qorxu gəlməsinin səbəbi də biznesinin əlindən çıxmasıdır”, - deyə mənbə bildirib.


Məlumata görə, Əli Kərimlinin hakimiyyətlə təmaslarını quran şəxslərdən biri vaxtilə “Azadlıq” qəzetində işləyən, sonra isə AzTV-yə yüksək postda təmsil olunmuş şəxs olub. Hazırda bu şəxs AzTV-dəki vəzifəsini də itirib.


Mənbə Əli Kərimliyə tapşırıqların bir mərkəz tərəfindən ötürüldüyünü deyib: “Həmin mərkəzin adı “Proqnoz” idi. Onun rəhbəri rəhmətə gedib. Mərkəz də dağılıb. Amma o vaxt təlimatlar bu mərkəzdən göndərilirdi. “Azadlıq” qəzetində işləyən həmin adam isə Əli Kərimliyə çatdırırdı”.


O dövrün siyasi proseslərini yaxından izləyən BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə bildirir ki, Əli Kərimlinin hakimiyyətlə əməkdaşlığı konstruktiv yox, öz maraqlarını güdən əməkdaşlıq olub: “Bununla bağlı çoxsaylı faktlar var. Vaxtilə Əbülfəz Elçibəyin kabinetində “juçok” - dinləyici aşkarlanmışdı. Amma o vaxt dinləyici qurğu birbaşa ötürücüsü olan müasir qurğular kimi yox, naqil ilə birləşənlərdən idi. Həmin naqilin bir ucu Əli Kərimlinin “Azadlıq” qəzetinin redaksiyasındakı kabinetinə uzanırdı. Bu məsələ ortaya çıxanda böyük qalmaqala səbəb olmuşdu. Ümumiyyətlə Əli Kərimlinin hakimiyyətlə danışıqlara getməsini artıq bilməyən yoxdur. Amma onu da bildirim ki, bu şəxs üçün hakimiyyətdə kimin olmasının heç bir fərqi yoxdur. O, yalnız öz maraqlarını güdür və bütün dövrlərdə iqtidarda olan qüvvələrlə əməkdaşlıqda maraqlı olub”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm