ABŞ-dan Moskvaya xəbərdarlıq: “Dərhal dayandırın!”
Bizi izləyin

Nida.az

ABŞ-dan Moskvaya xəbərdarlıq: “Dərhal dayandırın!”

ABŞ-ın dövlət katibi Con Kerri Rusiyaya Suriyada həyata keçirilən bombardmanlarla əlaqədar xəbərdarlıq edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Kerri Rusiya və Dəməşq rejimindən mülki vətəndaşları bombalamağı dərhal dayandırmağı tələb edib.

“Hazırda nə Rusiya, nə Əsəd, nə də Əsədin digər dəstəkçiləri BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun hərəkət etmirlər. Rusiyanın özü də bu qətnamənin lehinə səs verib. Qətnamədə mülki vətəndaşları hədəf alan bombardmanların dayandırılmasının vacibliyi açıq şəkildə ifadə olunub. Rusiya səs verdiyi bir qətnaməyə uyğun hərəkət etmir”, - dövlət katibi bildirib.

Con Kerri Rusiyanın hər yerə buraxılan və “kor bomba” kimi xarakterizə edilən bombalardan istifadə etdiyini deyib: “Bunların hədəfi müəyyən deyil. Nəticədə çoxlu sayda qadın və uşağın da aralarında olduğu vətəndaşlar həyatlarını itirirlər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm