Səməd Seyidov deputatları İsrailə apardı
Bizi izləyin

Nida.az

Səməd Seyidov deputatları İsrailə apardı

Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Yevda Abramov İsrailə səfərə gedib.

Publika.az-ın Milli Məclisdən əldə etdiyi məlumata görə, səfər fevralın 9-dan 12-dək davam edəcək.

İsrail Knessetinin Beynəlxalq Əlaqələr və Müdafiə Məsələləri Üzrə Komitəsinin sədri Tzaçi Haneqbinin dəvəti ilə həyata keçiriləcək səfər çərçivəsində iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər araşdırılacaq, Azərbaycan və İsrail parlamentlərinin beynəlxalq məsələlərlə məşğul olan komitələri arasında əməkdaşlıq və dialoqun təbliği barədə fikir mübadiləsi aparılacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm