Pol Qobl: “ATƏT Qarabağ məsələsində hakim mövqeyini itirə bilər”
Bizi izləyin

Nida.az

Pol Qobl: “ATƏT Qarabağ məsələsində hakim mövqeyini itirə bilər”

“İran Dağlıq Qarabağ münaqişəsində tədricən aktivləşəcək”.


Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin keçmiş SSRİ məsələləri üzrə xüsusi məsləhətçisi, Vaşinqton İnstitutunun professoru, məşhur politoloq Pol Qobl deyib.


P. Qobl İranın Minsk qrupunun üzvü olacağını düşünmür: “Lakin münaqişənin həlli gecikdikcə təzyiqlər artacaq və bu proses ATƏT-in münaqişənin həlli məsələsində hakim mövqeyini itirməsinə səbəb ola bilər”.


Məşhur politoloq yaxın dövr ərzində Dağlıq Qarabağ probleminin həll olunacağına şübhə ilə yanaşır.


“Lakin bütün hallarda biz münaqişənin həll olunacağına ümid edirik. Birləşmiş Ştatlar da həmişə bunu istəyir”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm