Prezident yol tikintisinə 12 milyon manat ayırdı
Bizi izləyin

Nida.az

Prezident yol tikintisinə 12 milyon manat ayırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinin Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm