Papa yenə Azərbaycana gəlir
Bizi izləyin

Nida.az

Papa yenə Azərbaycana gəlir

Roma papası Fransisk Azərbaycan, Gürcüstan və Ermənistana səfər etmək niyyətindədir.

APA-nın verdiyi xəbərə görə, bu barədə “TASS”a Papa administrasiyasındakı məlumatlı mənbə məlumat verib.

İlkin məlumata görə, səfər 2016-cı ilin sentyabrına planlaşdırılıb.

Politoloqlar Papanın Ermənistana səfərinin Vatikan-Ankara münasibətlərinə təkrar ziyan vura biləcəyini qeyd edirlər. Qeyd edək ki, ötən il geri çağırılan Türkiyənin Vatikandakı səfiri bu yaxınlarda vəzifəsinin icrasına davam etməyə başlayıb.

Xatırladaq ki, ötən il qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar Roma papası Fransisk Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə Romanın müqəddəs Pyotr kilsəsində dini ayin keçirib. Buna cavab olaraq Ankara Vatikandakı səfirini geri çağırmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm