Ərdoğanın kürəkəni Bakıya gəlir
Bizi izləyin

Nida.az

Ərdoğanın kürəkəni Bakıya gəlir

Fevralın 29-da Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycana səfərə gələcək.

Publika.az-ın əldə etdiyi məlumata görə, türkiyəli nazir Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasında iştirak edəcək.

Həmçinin, iclasda Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji naziri Panos Skurletis, Albaniyanın energetika və sənaye naziri Damian Giknuri, Bolqarıstanın energetika naziri Temenujka Petkova, İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi, bu ölkənin iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinsenti, Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç, ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi Amos Hokstayn, Serbiyanın dağ sənayesi və energetika naziri Aleksandr Antiç, Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdolyak, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç və digər rəsmi şəxslərin də iştirakı gözlənilir.

Qeyd edək ki, nazir Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm