Vladimir Doroxin: “Rusiyalı turistlər Azərbaycanı seçə bilərlər”
Bizi izləyin

Nida.az

Vladimir Doroxin: “Rusiyalı turistlər Azərbaycanı seçə bilərlər”

“Bu gün Rusiya və Azərbaycan münasibətləri qarşılıqlı dostluğa əsaslanır”.


Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “Komsomolskaya Pravda” qəzetinə açıqlamasında deyib.

Səfir qeyd edib ki, Rusiya müstəqil dövlət kimi Azərbaycanın imkanlarını bilir və bu ölkə ilə strateji tərəfdaşlıq qurub: “Rusiya və Azərbaycan arasında münasibətlərin xüsusi dəyəri var və hansısa xoşagəlməz sürprizlər bu münasibətləri poza bilməz”.


Azərbaycan və Rusiya arasında hərbi-texniki, humanitar, iqtisadi və digər sektorlar üzrə əlaqələrə toxunan V. Doroxin diqqətə çatdırıb ki, Türkiyəyə getməkdən imtina edən rusiyalı turistlər Azərbaycanı seçə bilərlər.


“Əvvəllər 4 milyona qədər rusiyalı turist Türkiyədə istirahət edirdi. İndi onlar Azərbaycanı məmnuniyyətlə seçə bilərlər. Çünki bu ölkənin turizm potensialı var və bu sahə prioritet istiqamət elan edilib”, - deyə səfir vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm