ABŞ kəşfiyyatının şefi Qarabağda müharibənin vaxtını açıqladı - ŞOK
Bizi izləyin

Nida.az

ABŞ kəşfiyyatının şefi Qarabağda müharibənin vaxtını açıqladı - ŞOK

“2016-cı ildə Dağlıq Qarabağ münaqişəsində gərginlik böyüyəcək”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının şefi Ceyms Klepper Konqresin kəşfiyyat komitəsində dünyada təhlükələrin qiymətləndirilməsi üzrə illik hesabatında bildirib (www.dni.gov).

Onun sözlərinə görə, 2016-ci ildə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə gərginlik dəyişməz olaraq qalıb: “Münaqişə zonasında təhlükəli məqamlar qalmaqdadır. Xüsusilə Azərbaycanın öz ordusunun qüdrətini durmadan artırması münaqişənin partlaya biləcəyi ehtimalını gücləndirir”.

ABŞ kəşfiyyatının şefi qeyd edib ki, 2016-cı ildə Azərbaycanın Dağlıq Qarabağ və digər əraziləri geri qaytarmaq üçün apardığı siyasət, Ermənistanın isə bundan boyun qaçırması qarşıdurmanın miqyasını böyüdəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm