“Qarabağın azərbaycanlı və erməni qadınları görüşə bilər” - TƏKLİF
Bizi izləyin

Nida.az

“Qarabağın azərbaycanlı və erməni qadınları görüşə bilər” - TƏKLİF

“İsveç Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə üstünlük verir”.

Publika.az-ın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında İsveç Krallığının xarici işlər naziri Marqot Vallström bildirib.

İsveçli nazir deyib ki, bunun ölkə üçün fövqəladə əhəmiyyətli məsələ olduğunu başa düşürlər: “Biz bu prosesdə rol oynamağa hazırıq. Sülhə nail olmaq üçün hər birimiz çalışmalıyıq. Gücdən istifadə etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə ilə bağlı razılığa gəlinəcəyinə ümid edirik”.

Marqot Vallström qeyd edib ki, ATƏT-in Minsk qrupu çərçivəsində geniş tərkibli görüş olarsa, İsveç burda iştiraka hazırdır.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, ATƏT-in Minsk qrupunun geniş formatda iclasının keçirilməsi və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının qadınlarının görüşməsi ilə bağlı təkliflər var: “Azərbaycan hər iki təklifə hazırdır və biz bu təkliflərə müsbət yanaşırıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm