Əliyevlə Nazarbayev Ərdoğanla Putini görüşdürmək istəyir – Rusiya KİV-i
Bizi izləyin

Nida.az

Əliyevlə Nazarbayev Ərdoğanla Putini görüşdürmək istəyir – Rusiya KİV-i

“Azərbaycan Prezidenti İlham Əliyevlə Qazaxıstan prezidenti Nurtsultan Nazarbayev Türkiyə-Rusiya görüşünü təşkil etməyə çalışır”.


Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazıb.


Nəşr Əhməd Davudoğlunun Qazaxıstan səfərinə, ardınca Nazarbayevlə Putinin telefon görüşməsinə diqqət çəkərək iddia edir ki, Türkiyə Rusiyaya doğru Qazaxıstan vasitəsilə yol axtarır: “Bu prosesdə Azərbaycan lideri də iştirak edir. Təbii ki, həm Qazaxıstan, həm də Azərbaycan kimi türkdilli ölkələr üçün Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi arzu olunan deyil. Hər iki ölkənin həm Türkiyə, həm də Rusiya ilə siyasi-iqtisadi əməkdaşlığı yüksək səviyyədədir. Hazırkı situasiyadan onlar da zərər görür. Bu baxımdan, Əliyevlə Nazarbayevin Ərdoğan-Putin görüşünü təşkil etmək istəkləri normal qarşılanmalıdır”.


Lakin nəşr onu da qeyd edir ki, Ərdoğanla Putin arasında görüş hələ ki mümkünsüz görünür.


“Amma o da qəribədir ki, iki ölkə arasında gərginliyin yüksək həddə çatdığı bir vaxtda tarixi müqavilələrin ləğvi, həmçinin, kürdlərin Ermənistanda yerləşdirilməsi gündəmə gəldi. Bunun kimə lazım olduğu və nə məna kəsb etdiyi suallar yaradır”, - deyə nəşr bildirir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm