Rusiya yenə “Qarabağ kartını” oynayacaqmı? – Kremlin rəsmi mövqeyi
Bizi izləyin

Nida.az

Rusiya yenə “Qarabağ kartını” oynayacaqmı? – Kremlin rəsmi mövqeyi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martiya Zaxarova “Exo Moskva” radiosunun baş redaktoru Aleksey Venediktovun Rusiyanın Qarabağ kartını yenidən oynayacağına dair açıqlamasını şərh edib.

Publika.az
xəbər verir ki, M. Zaxarova bunu baş redaktorun öz şəxsi mövqeyi adlandırıb: “Bu rəsmi Moskvanın mövqeyi ola bilməz. Bu, yalnız Aleksey Venediktovun Azərbaycana təzyiqi kimi görünür, lakin bunun, Rusiya Federasiyasının rəsmi mövqeyinə heç bir aidiyyəti yoxdur. Moskva belə bir şeyi düşünmür”.

Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, jurnalistlər, yaxud ekspertlərin müxtəlif mövzularda səsləndirdiyi fikirlər onların şəxsi düşüncələridir.

“Moskva Bakı ilə sıx əməkdaşlıq edir. Bura Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri də aiddir”, - deyə o bildirib.

Qeyd edək ki, “Exo Moskva” radiosunun baş redaktoru Aleksey Venediktov BBC-nin Üçüncü Dünya müharibəsi haqqında filmini şərh edərkən Rusiyanın Qarabağ kartını yenə oynayacağı proqnozunu verib.

Osetiya, Abxaziya, Krım, Donetsk, Dnestryanı və Qarabağ problemlərini xatırladan A. Venediktov deyib: “Biz Qarabağ kartını bir daha oynayacağıq. Biz bu kartı bir daha oynayacağıq. Yerli əhalini düşünməyəcəyik, bunu unudun. Biz geosiyasi problemlərimizi bax bu yolla həll edirik”.

M. Zaxarova iki gün öncə Kommunist Partiyası deputatlarının Moskva və Qars müqavilələrinin ləğvi ilə bağlı qaldırdıqları məsələyə də toxunub.

“Bu kimi məsələlər Azərbaycan və Rusiya arasındakı münasibətləri poza bilməz. İki ölkə arasındakı əlaqələr inkişaf edir”, - deyə o diqqətə çatdırıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm