
“Türkiyənin Rusiya ilə bundan sonra işləməsi çətin
olacaq və Rusiya-Türkiyə müharibəsi artıq mümkün görünür”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət
Dumasının keçmiş üzvü Semen Baqdasarov “News-front” saytında
yayımlanan şərhində bildirir.
Rusiyalı erməni ekspert hesab edir ki, bu proses çərçivəsində
Cənubi Qafqazda vəziyyət partlaya bilər: “Xarici işlər naziri
Mövlud Çavuşoğlu Bakıda səfərdə olarkən, Türkiyənin Dağlıq Qarabağ
məsələsində Azərbaycanın yanında olduğunu elan etdi. Hətta
məlumatlar var ki, Türkiyə rəsmi Bakıya hərbi əməliyyatlara
başlayacağı təqdirdə tam dəstək verəcəyini bildirib”.
S. Baqdasarov qeyd edir ki, Suriyada Rusiya və Türkiyə ordusunun
toqquşması qarşısıalınmaz məsələyə çevrilib və bunu əngəlləmək
praktiki olaraq mümkün deyil.
“Deməli, Türkiyə ilə Rusiya Cənubi Qafqaz cəbhəsi ilə yanaşı,
Suriya cəbhəsində də üz-üzə gələcək. O cümlədən, Mərkəzi Asiyada da
iki ölkə toqquşa bilər”.
Asif