Nida.az
Müsavatda gənclər nəyi bölə bilmir? - Cavab
“Müsavat Partiyasının inkişafında baxışların müzakirəsi aparılır.
Bir qrup piketlər, aksiyalar keçirtməklə, digər qrup isə üzvlərin
sayının çoxaldılması ilə bunu edir”.
Bu barədə Müsavat başqanının müavini Gülağa Aslanlı Publika.Az -a açıqlamasında Müsavat gəncləri arasında yaşanan qarşıdurmaya münasibət bildirərkən deyib. Lakin başqan müavini baş verənləri qruplaşma kimi qiymətləndirməyin doğru olmadığını deyib: “partiyanın nizamnaməsi var və nizamnaməyə görə, hər bir partiya üzvü digərini, eləcə də təşkilat sədrini belə tənqid edə bilər. Bu fikir mübahisəsidir, belə olmazsa inkişaf da olmaz. Gənclər Təşkilatında qruplaşmanın olması haqqında deyilən fikirlərlə razı deyilik. Müsavat partiyasında seçilmiş Gənclər Təşkilatı var. Bu işdən tam razı qalmayan üzvlər də var. Hər biri üçün əsas məqsəd Müsavat Partiyasının Gənclər Təşkilatının daha güclü olmasıdır. Bütün fikirlərə hörmətlə yanaşıram. Bizim partiyamız demokratik təşkilatdır. Hər bir gənc Müsavatın inkişaf istiqamətini müxtəlif yollarda görür. Əminəm ki, onların üzərində Müsavat Partiyasının irəlilətmək və inkişaf etdirmək iddiası önə çıxacaq”.
G. Aslanlı Rusiya səfirliyi qarşısında Krıma görə piket keçirənlərə partiyada təşəkkür edilməsini təsdiqləyib. Lakin iştirak etməyənlərə xəbərdarlıq edildiyi haqqında deyilənləri təkzib edib. Bildirib ki, bu məsələ nə Divanda müzakirə olunub, nə də bunun Sədrlər şurasına çatdırılmasının mənə tapşırılmayıb.
Qeyd edək ki, MGT hazırki rəhbərliyini qəbul etməyən bir qrup
müsavatçı gənc təşkilatda təmsil olunanları partiyanın piketində
iştirak etməməkdə ittiham edir. Cavid Hacıbəyli isə iddia edib ki,
piketdə iştirak üçün onlara partiyanın Divanında təşəkkür,
digərlərinə isə xəbərdarlıq edilib. Hazırda gənclər arasında
gərginlik davam edir.
Asif
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK