• USD 1,7000 0,00% EUR 2,0705 +0,05%
    • GBP 2,3300 -0,08% RUB 0,0226 -1,77%

Ərdoğan Bakıya gəlməyəcək – ÖZƏL

  • Nida.az
  • 11 Fevral 2016 15:55
  • 2 940 Baxış
Ərdoğan Bakıya gəlməyəcək – ÖZƏL

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 18-də Azərbaycana səfəri Gəncə şəhərindən başlayacaq.

Publika.az-ın diplomatik mənbədən əldə etdiyi məlumata görə, Türkiyə prezidentinin Bakıya səfəri gözlənilmir.

Səfər çərçivəsində R.T.Ərdoğan Gəncədə keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak edəcək.

Əldə etdiyimiz digər məlumata görə, Rəcəb Tayyib Ərdoğan Azərbaycana 10-a yaxın nazir və ya yüksək vəzifəli şəxslə gələcək. Səfərin bir gün davam edəcəyi gözlənilir.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının son iclası 2015-ci il yanvarın 15-də Ankarada keçirilib.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR