Prezidentin prioriteti: Vətəndaşlara diqqət və qayğı
Bizi izləyin

Nida.az

Prezidentin prioriteti: Vətəndaşlara diqqət və qayğı

Azərbaycan müstəqillik illərində başlanan sürətli və davamlı inkişaf yolunu 2015-ci ildə də böyük uğurla davam etdirmiş, dövlətçilik ənənələrini daha da zənginləşdirmiş, bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə yanaşı, həm də çətin sınaqlara sinə gərmişdir. Bu sınaqlardan qalibiyyətlə çıxan ölkəmizin tarixində ötən il ən coşqun və dinamik illərdən biri kimi qalmışdır. İstər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində baş verən ciddi proseslərin yaşandığı bu zaman kəsiyində görülən işlərə, xüsusilə respublika vətəndaşlarının öz müraciətlərində qaldırdıqları problemlərin həllinə, onların həyat şəraitinin yaxşılaşdırılmasına, hüquq və azadlıqlarının təmin edilməsinə, sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirlər barədə daha ətraflı məlumat vermək üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun təhlili materialını AZƏRTAC oxucuların diqqətinə çatdırır.

Böyük qələbələr və çətin sınaqlar ili

Sözün həqiqi mənasında sarsıntılar keçirən, iqtisadi, siyasi problemlərin qloballaşdığı, münaqişə ocaqlarının getdikcə daha böyük miqyas aldığı indiki dünyada Azərbaycan Respublikası əvvəlki illərdə olduğu kimi, öz müstəqil siyasətini davam etdirmişdir. Ulu öndər Heydər Əliyevin davamçısı, dünya siyasətçiləri arasında öz qətiyyəti və uzaqgörənliyi ilə seçilən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz daha da inkişaf etmiş, Avropanın, eləcə də regionun enerji təchizatının və nəqliyyat infrastrukturunun daha da yaxşılaşmasına təkan verən böyük layihələrin təməlini qoymuş, onların davam etdirilməsi üçün ciddi addımlar atmış, dünyanın və Avropanın idman tarixinə tam yeni bir səhifə yazmış, özünün iqtisadi qüdrətini, potensialını bir daha təsdiq etmişdir.

Ötən il ölkəmiz üçün yaddaqalan, hər birimizin həyatında mühüm rol oynayan hadisələr, əldə olunan nailiyyətlər, bunları əks etdirən faktlar haqqında bəhs etsək, öncə onu qeyd etməliyik ki, 2015-ci ilin ən böyük hadisələrindən biri tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarıdır. Bu Oyunlara ev sahibliyi etməyimiz, Oyunlarla bağlı bütün hazırlıq işlərinin, onların təşkilinin və keçirilməsinin, böyük təntənə ilə başa çatmasının yüksək səviyyədə təmin olunması, ilk növbədə, ölkə Prezidenti İlham Əliyevin və Oyunların Təşkilat Komitəsinin sədri, respublikanın birinci xanımı Mehriban Əliyevanın böyük əməyinin nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ənənəvi təbrikində bu Oyunlar haqqında demişdir: “Bu il tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Azərbaycan burada da öz gücünü göstərdi. Altı mindən çox idmançı, minlərlə qonaq ölkəmizə gəlmişdir və ölkəmizin reallıqları ilə özləri tanış ola bilmişdir. Avropa Oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Avropa Oyunları Azərbaycan dövlətinin təntənəsidir. Eyni zamanda, Azərbaycan idmanının təntənəsidir. Çünki bizim idmançılarımız, milli komandamız 56 medal qazanaraq, - onlardan 21-i qızıl medaldır, - komanda hesabında 2-ci yerə layiq görülmüşdür. Bu, doğrudan da, ölkəmizin böyük zəfəridir və hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, biz bu uğura imza ata bilmişik”.

Doğrudan da ölkəmizin böyük zəfəri olan bu Oyunların son dərəcə yüksək səviyyədə təşkili dünyada geniş əks-səda yaratmışdır. Bu il yanvarın 21-də Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən iclasında “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Ordenin təqdim edilməsi Azərbaycanın çox böyük uğurudur. Həmin tədbirdə Mehriban xanım Əliyevanın geniş və dərin məzmunlu çıxışı böyük maraq doğurmuşdur. Xüsusilə onun “Mən əminəm ki, bu Oyunlar tarixdə təkcə ilk Avropa Oyunları kimi deyil, həm də dostluq, həmrəylik və qarşılıqlı anlaşma üzrə beynəlxalq forum kimi qalacaqdır” sözləri alqışlarla qarşılanmışdır. Təqdimetmə mərasimində Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Azərbaycan Prezidenti İlham Əliyevin xidmətlərini çox yüksək qiymətləndirmiş və demişdir: “O, uzaqgörən və möhtəşəm insandır və o, olmasaydı, bütün bunlar olmazdı”.

Keçən il Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti demokratik dəyərlərə sadiqliyini Milli Məclisə keçirilən seçkilər zamanı bir daha təsdiq etmiş, 767 nəfər namizədin iştirak etdiyi seçkilər yerli və beynəlxalq müşahidəçilərin nəzarəti və müşahidəsi altında olduqca şəffaf və obyektiv keçirilmiş, ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi və respublikada əsas siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının böyük qələbəsi ilə başa çatmışdır.

Ölkə Prezidenti seçkilərin nəticələrini xalq tərəfindən respublikada aparılan siyasətə verilən yüksək qiymət kimi dəyərləndirərək demişdir: “... parlament seçkilərinin nəticələri aparılan siyasətə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən bu dəstəyə görə Azərbaycan vətəndaşlarına minnətdaram və bəyan etmək istəyirəm ki, bundan sonra da biz ölkəmizi inamla irəliyə aparacağıq. Bütün çətinliklərə, beynəlxalq iqtisadi böhranlara, siyasi, hərbi böhranlara baxmayaraq, Azərbaycan inamla irəliyə gedəcək”.

2015-ci ildə Azərbaycan öz müstəqil siyasətini davam etdirərək bir çox uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıran amillərdən biri də onun sabit iqtisadi inkişafı ilə yanaşı, beynəlxalq problemlərin həllində öz sözünü cəsarətlə deməsi və əksər ölkələrlə dövlətimizin mənafeyi baxımından sıx əlaqələr qurmasıdır. Bu işdə respublika Prezidentinin xarici ölkələrə rəsmi və dövlət səfərləri, qlobal forum və sammitlərdə, o cümlədən “Böyük İyirmiliyin” (G20) Türkiyənin Antalya şəhərində keçirilən Sammitində iştirakı və çıxışları böyük rol oynamış, il ərzində həyata keçirdiyi 20 xarici səfəri, ölkəmizə səfər edən 15 dövlət və hökumət başçısı ilə görüşləri zamanı apardığı danışıqlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmışdır.

Azərbaycanın yeritdiyi müstəqil siyasət, təbiidir ki, onun nailiyyətlərinə qısqanan bəzi ölkələri qıcıqlandırır və onlar bunu müxtəlif formalarda büruzə verirlər. Ölkə Prezidenti bu məsələlərə toxunaraq bunun səbəblərini aydın və konkret izah etmişdir. Nazirlər Kabinetinin 2015-ci il oktyabrın 12-də 9 ayın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti demişdir: “Həm bölgədə, həm Avropada böhran yaşanır, iqtisadi, hərbi, siyasi böhran. Belə şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Bunun bir səbəbi var. O da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq... Əlbəttə, müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır... Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır. Ancaq bu, bizi narahat etməməlidir. Bu məsələlərə, ümumiyyətlə, mən fikir vermirəm. Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir”.

Həmin iclasda ölkə Prezidenti qeyd etmişdir ki, artıq dünyada Azərbaycanın inkişaf modeli haqqında danışılır. Həm siyasi sahədə, həm ölkədaxili proseslərin inkişafında, həm də multikulturalizmlə bağlı bizim təcrübəmiz öyrənilir. Sevindirici haldır ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu bu ilin aprel ayında Bakı şəhərində keçiriləcəkdir. 2016-cı ilin mart ayında isə “Çoxqütblü Dünyaya Doğru” IV Qlobal Bakı Forumunun keçirilməsi nəzərdə tutulmuşdur və artıq buna hazırlıq işləri görülür. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə yaşadığımız il “Multikulturalizm ili” elan edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin keçən il noyabrın 17-də Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışı və dünya ictimaiyyətinə tolerantlığın, qarşılıqlı əməkdaşlığın Azərbaycan nümunəsi əsasında etdiyi çağırış böyük beynəlxalq rezonans doğurmuşdur. Azərbaycan Prezidenti bu çıxışında son 10 ildə elm, mədəniyyət, təhsil, mətbuat və söz azadlığı sahəsində qazandığımız nailiyyətləri göstərməklə yanaşı, torpaqlarımızın işğal altında saxlandığını da dünya ictimaiyyətinə çatdırmış və bunu kəskin pisləmişdir.

2015-ci ilin iqtisadi nailiyyətlərindən söhbət açarkən “Şahdəniz-2” layihəsinin həyata keçirilməsi və “Cənub” qaz dəhlizinin yaradılması üçün atılan addımları, mart ayında Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin iştirakı ilə Türkiyənin Qars şəhərində Trans–Anadolu (TANAP) qaz boru kəmərinin təməlinin qoyulmasını, ölkə Prezidentinin elan etdiyi “Kənd təsərrüfatı ili”ndə bu sahədə məhsul istehsalının 7 faizədək artırılmasını, Azərbaycanın xarici investorlar üçün yenə də cəlbedici ölkə olmasını, tranzit ölkə kimi nəqliyyat infrastrukturunun, o cümlədən dəniz nəqliyyatı infrastrukturunun müasirləşdirilməsini, artıq İpək Yolu marşrutu ilə Çindən yola salınan ilk konteynerin Azərbaycanın ərazisindən keçirilməsini və digər nailiyyətləri qeyd etmək lazımdır.

Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 2016-cı il 10 yanvar tarixli iclasında Azərbaycan Prezidenti demişdir: “2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir... Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Bunun yarısı xarici sərmayədir. Bu da çox müsbət haldır... 2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alsaq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir”.

Həmin iclasda 2015-ci ilin ümumi xarakteristikasını verən cənab Prezident göstərmişdir ki, dünyada geosiyasi və geoiqtisadi mənzərə çox narahatedicidir və bu, reallıqdır. Dövlət başçısının bildirdiyi kimi, “biz real dünyada yaşayırıq və reallıqla hesablaşmalıyıq. Əlbəttə ki, bu reallığı nəzərə alaraq öz siyasətimizi bu il və bundan sonrakı illərdə davam etdirəcəyik”.

Azərbaycanın 2015-ci ildə əldə etdiyi iqtisadi nailiyyətlər yenə də bir çox ölkələrə, xüsusilə MDB ölkələrinə nisbətən xeyli üstün olmuş, dünyanın aparıcı iqtisadi və maliyyə qurumları ölkəmizin göstəricilərinə yüksək qiymət vermiş, “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2015-2016” hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşmışdır və 7 ildir ki, MDB məkanında lider mövqeyini qoruyub saxlayır. Dünya Bankının hesabatında son onillikdə yoxsulluğun azaldılması və ümumi rifahın yüksəldilməsi istiqamətində Azərbaycanın böyük irəliləyişə nail olduğu xüsusi qeyd edilir. Həmin hesabatda Azərbaycan qlobal böhrana ən az məruz qalan ölkə kimi göstərilir.

Bütün maneələrə və çətinliklərə baxmayaraq, 2015-ci ildə Azərbaycanın ümumi inkişafı, xüsusilə sosial proqramların yerinə yetirilməsi ardıcıl davam etdirilmişdir. Neftin qiymətinin düşməsi hesabına dövlət büdcəsinin gəlirlərinin 2,3 milyard manat və ya 11,6 faiz az olmasına baxmayaraq, aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımlar, digər vətəndaşlara verilən pensiya və müavinətlər tam ödənilmişdir. Respublika Prezidenti 2016-cı il yanvarın 10-da ilin yekunlarına həsr olunmuş iclasda qeyd etmişdir ki, keçən il bütün sosial proqramlar icra edilmiş, bu sahədə heç bir ixtisar olmamış və insanlara daha böyük məbləğdə ünvanlı sosial yardım verilmişdir. 112 min ailə - təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım almış və bu məbləğ bütövlükdə 7 faiz artmış, eyni zamanda, sosial infrastruktur layihələri icra edilmişdir. Ötən il 60-a yaxın tibb müəssisəsi, 20-dən çox məktəb təmir edilib tikilmiş, hazırda 23 məktəbdə təmir işləri aparılır. 2015-ci ildə sosialyönümlü büdcə xərcləri əvvəlki illə müqayisədə 5 faiz artmış, təkcə təhsilə 1 milyard 605 milyon manat vəsait sərf olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 3,3 faiz çoxdur. Səhiyyə xərclərinə 708 milyon manat, əhalinin sosial rifahının yaxşılaşmasına isə 1 milyard 857 milyon manat vəsait yönəldilmişdir. Burada qaçqın və məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək üçün dövlət büdcəsindən və Dövlət Neft Fondundan ayrılan vəsaitləri də nəzərə alsaq, kifayət qədər böyük rəqəm alınır.

Keçən il respublikada əhalinin həyat şəraitini, eyni zamanda, yerlərdə iqtisadi inkişafı daha yaxşı təmin etmək üçün dövlət tərəfindən çox mühüm işlər görülmüş, xüsusilə meliorasiya və suvarma işlərinə böyük diqqət yetirilmiş, subartezian quyuları qazılmış, 60-a yaxın kənddə sutəmizləyici qurğular quraşdırılmış, 430 yaşayış məntəqəsinə qaz verilmiş, sənaye potensialının artırılması, yeni texnoparkların, istirahət və turizm zonalarının yaradılması və genişləndirilməsi, Bakıda və digər sənaye mərkəzlərində yeni müəssisələrin istifadəyə verilməsi və sair işlər davam etdirilmişdir. Bu ilin əvvəlində ölkə Prezidentinin iştirakı ilə Suraxanı rayonunda açılışı olmuş “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodu və digər müəssisələr buna əyani misal ola bilər.

2015-ci ildə Azərbaycanda 26,2 milyard manatlıq sənaye məhsulu, 22,5 milyard kilovat-saat elektrik enerjisi istehsal edilmiş, 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilmiş, Azərbaycan əhalisi 25,7 milyard manatlıq, əvvəlki ildən 10,9 faiz çox istehlak malları almışdır.

2015-ci ildə Azərbaycan Prezidentinin qəbul etdiyi sərəncamlardan 43-ü dövlət büdcəsindən, 19-u isə Prezidentin ehtiyat fondundan müxtəlif tarix və mədəniyyət abidələrinin təmiri və bərpası, yolların tikintisi, kənd və qəsəbələrdə infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı olmuş, bu məqsədlər üçün üst-üstə 228 milyon manat vəsait ayrılmışdır. Sərəncamların 19-u bilavasitə avtomobil yollarının çəkilişi, təmiri və yenidən qurulması barədədir.

Nazirlər Kabinetinin 2016-cı il yanvarın 10-da keçirilən iclasında cənab Prezident infrastruktur layihələrinin həyata keçirilməsinə ayrılan vəsaitlərin təyinatı üzrə və səmərəli istifadə olunmasının vacibliyini bir daha qeyd etmiş, bu işdə inhisarçılığa son qoyulmasını, şəffaflığın təmin edilməsini, dövlətin ayırdığı vəsaitin başqa məqsədlər üçün istifadə olunmamasını, yol tikintisinin, eləcə də digər dövlət əhəmiyyətli tikintilərin açıq tenderlər vasitəsilə həyata keçirilməsini tövsiyə etmişdir.

Azərbaycan Prezidentinin 2015-ci ildə imzaladığı 263 qanunun, 285 fərmanın və 693 sərəncamın böyük əksəriyyəti bilavasitə ölkənin qanunvericilik bazasının təkmilləşdirilməsinə, iqtisadi və siyasi idarəçiliyinin tənzimlənməsinə, əhalinin sosial müdafiəsinin, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənmişdir. Xüsusilə son vaxtlar korrupsiyaya, vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadə etməsinə, həmçinin ayrı-ayrı qruplar tərəfindən ictimai asayişin pozulmasına, dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsinə, həyatın bütün sahələrində nizam-intizamın və qayda-qanunun möhkəmləndirilməsinə yönəldilmiş normativ hüquqi aktların qəbul edilməsi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilmişdir. Azad, demokratik, hüquqi dövlətin əsaslarını möhkəmlətmək, dini ekstremizmin və ayrı-seçkiliyin qarşısını qətiyyətlə almaq üçün ölkə Prezidentinin atdığı addımları dünya ictimaiyyəti də müsbət qarşılamışdır.

Bununla yanaşı, struktur islahatlarının aparılması bu gün daha vacib məsələ kimi ortaya çıxır. Dövlət başçısı 2015-ci ilin yekunlarına həsr olunmuş iclasdakı çıxışında bir daha buna öz münasibətini bildirmiş və demişdir: “Bu il biz struktur islahatları aparmalıyıq. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz. Struktur islahatları mütləq aparılmalıdır. ... çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. ... Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaqdır”.

2015-ci ildə Azərbaycan bütün sahələrdə uğurlar və qələbələr əldə etməklə yanaşı, ayrı-ayrı vəzifəli şəxslərin səriştəsizliyi, səhlənkarlığı üzündən baş vermiş faciələr və proqnozlaşdırılmayan təbii fəlakətlərlə də sınağa çəkilmişdir. Azərbaycan Prezidenti, Azərbaycan dövləti onların nəticələrini tezliklə aradan qaldıra bilmiş, zərərçəkən vətəndaşlara hər cür yardım göstərmiş və göstərməkdədir.

Azərbaycan Respublikası Prezidentinin son çıxışlarında qeyd etdiyi kimi, ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin təşkil edilməsi üçün qəti tədbirlər görülmüş və görülməkdədir. Ölkə Prezidentinin bu ilin yanvar ayında imzaladığı sərəncamlarla bir çox kateqoriyalardan olan işçilərin əməkhaqları, pensiya və müavinətlər artırılmış və bu artım əhali tərəfindən müsbət qarşılanmışdır. Yəni, ölkə Prezidenti öz vətəndaşlarını heç vaxt problemləri ilə təkbətək qoymamış və bundan sonra da qoymayacaqdır.

Təbiidir ki, xalqımız bütün çətin məqamlarda ölkə rəhbərinin böyük dəstəyini görmüş, hiss etmiş, onun ətrafında daha sıx birləşərək xalqla iqtidar birliyinin sarsılmaz olduğunu nümayiş etdirmişdir. Bu birlik və dəstək ölkə vətəndaşlarının Azərbaycan Prezidentinə ünvanladıqları saysız-hesabsız minnətdarlıq məktublarında öz əksini tapmışdır.

Elin gözü tərəzidir, xalq görülən işləri necə qiymətləndirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətinə verilən qiymət öz əks-sədasını ilk növbədə ona ünvanlanan çoxsaylı minnətdarlıq məktublarında tapır. 2015-ci ildə Prezident Administrasiyasına həm fərdi, həm də kollektiv şəkildə daxil olan minlərlə belə məktubda insanlar səmimi ürək sözlərini, sevinc və fərəh hisslərini ifadə etmişlər. Nərimanovrayonundan S.Muradovun ölkə Prezidentinə yazdığı məktubundakı bu fikirlər əksər müraciətlər üçün səciyyəvidir: “Siz xalqımızı və dövlətimizi dünya arenasında uğurla təmsil edirsiniz. Ölkə əhalisinə daim qayğı göstərdiyinizə görə Sizə böyük inam bəsləyir, Sizi özümüzə ümid yeri bilirik”.

Xüsusilə qeyd etmək istərdik ki, 2015-ci ildəki minnətdarlıq məktublarının böyük bir qisminin kollektiv olması və bu məktubları onlarla, yüzlərlə vətəndaşın imzalaması görülən işlərin həcmindən, eyni zamanda, vətəndaşların ictimai məsələlərə diqqətinin daha da artmasından xəbər verir.

Məktublarda tez-tez vurğulanan fikirlərdən biri də ondan ibarətdir ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı xaosdan, anarxiyadan, parçalanmadan xilas etmişdisə, onun layiqli varisi Prezident İlham Əliyev çağdaş dünyamızda cərəyan edən qlobal proseslərdən, iqtisadi və siyasi böhranlardan, tənəzzüldən qurtararaq ölkəmizdə sürətli inkişafı və sabitliyi bərqərar etmiş, ən yeni tariximizə şanlı səhifələr yazmış və yazmaqdadır.

Respublikamızda ictimai-siyasi vəziyyətin sabit saxlanılması ilə yanaşı, sürətli sosial-iqtisadi inkişafın davam etdirilməsi və əhalinin güzəranının gündən-günə yaxşılaşması həyata keçirilən sosialyönümlü siyasətin nəticəsidir. Sumqayıtdan M.Pirquliyeva ölkə Prezidentinə ünvanladığı məktubunda yazır: “Ən əsası odur ki, ölkəmizdə əmin-amanlıq, sülh bərqərar edilib. Analarımız öz övladlarını işə, məktəbə arxayın yola salır, onların gələcəyinə böyük ümidlərlə baxırlar. Siz həm uzaqgörən siyasətçi, həm də güclü iqtisadçısınız. Bu xüsusiyyətlər heç də hər bir dövlət başçısında olmur. Bugünkü günümüzə, yaşayış şəraitimizə görə çox sağ olun”. Nəsimirayonundan A.Şəfəqətov isə ölkə Prezidentinin rəhbərliyi altında Azərbaycanın öz tərəqqi yolunu uğurla davam etdirəcəyinə və dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcəyinə əminliyini bildirir.

Minnətdarlıq məktublarının əksəriyyətində vətəndaşlar ölkə Prezidentini xalqa sevdirən yüksək keyfiyyətləri vurğulayır, ona olan ehtiramlarını ifadə edirlər. Ucardan el ağsaqqalı V.İbrahimov öz məktubunda yazır: “Siz xalqın etimadını layiqincə doğrultmuş, böyük nüfuz qazanmısınız. Səxavətli, işgüzar, xeyirxah və alicənab olmağınız Sizi xalqın gözündə daha da ucaldır”. Yasamaldan X.Abdullayev və E.Ağalarovun, Qusardan M.Heydərovun,Daşkəsəndən Ç.Abbasovun, digər şəhər və rayonlardan bir çox vətəndaşların müraciətləri də bu qəbildəndir.

Minnətdarlıq məktublarının böyük bir qismi ölkəmizin müasir inkişaf səviyyəsindən doğan sevinci təcəssüm etdirməklə yanaşı, ümummilli liderimiz Heydər Əliyevin ideyalarının ardıcıl həyata keçirilməsindən yaranan razılıq hisslərini ifadə edir. Ukraynanın Kiyev şəhərindən K.Qurbanov öz məktubunda yazır: “Azərbaycanın sürətli inkişafının təməlini qoyan, ömrünü ölkəmizin dünyada tanınmasına və xalqımızın gözəl günlərə qovuşmasına həsr edən ümummilli liderimiz Heydər Əliyevlə və bu yolu uğurla davam etdirdiyinizə görə Sizinlə fəxr edirik. Yalnız əsl vətənpərvər insanlar ölkələrini bu qədər sevə bilərlər”. Naxçıvan Muxtar Respublikasından, Bakı şəhərinin Binəqədi, Qaradağ, Suraxanı, Nərimanov, Nizami rayonlarından, Sabunçunun Bakıxanov, AbşeronunMehdiabad qəsəbələrindən, Gəncə, Ağsu, Daşkəsən, Xaçmaz, Xocalı, Sabirabad və Şəmkirdən, Ağdamın Şükürağalı, Yardımlının Alçabulaq kəndlərindən, digər şəhər və rayonlardan daxil olan məktublarda da müstəqil Azərbaycan Respublikasının qurucusu, ulu öndərimiz Heydər Əliyevin müdrik tarixi addımları bir daha vurğulanır, ruhuna dərin ehtiram ifadə olunur, Sabunçunun Zabrat qəsəbəsindən H.Məmmədov Binəqədi rayonunda Ümummilli Liderin adını daşıyan Heydər məscidinin tikintisinə görə razılıq bildirərək yazır: “Ulu öndərimiz Heydər Əliyevin adına ucaldılmış məscidin açılış mərasimini izləyərkən çox sevindim və duyğulandım. Siz ümumxalq istəyindən irəli gələn və hər bir vətənpərvər azərbaycanlının ürəyindən keçən bir işi həyata keçirdiniz”.

Bir sıra müraciətlərdə yer alan fikir və mülahizələr göstərir ki, xalqımızın Vətən uğrunda mübarizə əzmi yüksək səviyyədədir. Nəvəsi cəbhə bölgəsində əsgəri borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olmuş Zərdabın Şəftəhal kəndindən Ə.Mirzəyev yazır: “Hesab edirəm ki, əgər Vətən uğrunda, torpaq uğrunda döyüşürüksə, şəhidlər verməyimiz qaçılmazdır... Yaşlı olmağıma baxmayaraq, bu gün də silah götürərək cəbhə bölgəsində vuruşmağa hazıram”.

Minnətdarlıq məktublarının böyük bir qismi birinci Avropa Oyunlarına həsr olunmuşdur.Vətəndaşlar birinci Avropa Oyunları ilə bağlı ən xoş sözlərini çatdırır, başqa ölkələrdə azı 5-6 ilə görülən hazırlıq işlərinin cəmi 27 ayda inanılmaz sürətlə yekunlaşdırılmasından və planlaşdırılan layihələrin qısa müddətdə reallığa çevrilməsindən heyranlıqlarını gizlətmir, bu beynəlxalq tədbir üçün Bakı şəhərinin seçilməsini dövlətimizə və şəxsən cənab Prezidentə olan yüksək etimadın göstəricisi kimi qiymətləndirir, Avropa Oyunlarının məşəlinin respublikanın bütün regionlarında gəzdirilməsini böyük idman təntənəsi kimi dəyərləndirirlər.Sumqayıtdan Q.Əzizov yazır: “Keçmiş sovet idmançıları dediklərimi təsdiq edərlər. Biz təsəvvür edə bilməzdik ki, bir gün Avropa Oyunları Azərbaycanda keçiriləcək”.

Şirvan şəhərindən Z.Mirzəyev bu Oyunların həm də sülhə və barışa işarə olduğunu qeyd edir: “Azərbaycan sülhsevər dövlət olmasını artıq dünyaya sübut edib”. Yasamal rayonundan G.Səfərova bildirir: “Birinci Avropa Oyunlarının məşəlinin Siz və ailə üzvləriniz tərəfindən Bakıda qəbul olunması mərasimini izlədim… Bu kadrlara baxanda sevincdən göz yaşlarımı saxlaya bilmədim. Hətta balaca oğlum Sizi görüb sevinclə dedi ki, ana, İlham müəllim bizə işıq gətirir!” Bu Oyunların yüksək səviyyədə təşkili və idmançılarımızın uğurlu çıxışları respublika gənclərinin idmana olan həvəsini daha da gücləndirmişdir.

Ölkəmizin müxtəlif şəhər və rayonları, kənd və qəsəbələri ilə yanaşı, dünyanın dörd bir yanından, Avropa, Amerika və Asiyanın, xüsusilə MDB-nin bir çox ölkələrindən insanlar öz xoş təəssüratlarını Azərbaycanın dövlət başçısı ilə bölüşmüşlər. Böyük Britaniyanın Qlazqoşəhərindən Alan Rankin cənab Prezidentə ünvanlanmış məktubunda birinci Avropa Oyunlarının açılışında iştirak etdiyini və fantastik şounun şahidi olduğunu qeyd edir. 2004-cü ildə Uels futbol komandası və 2009-cu ildə Şotlandiya futbol komandası ilə birlikdə Bakıda olduğunu və o vaxtdan bu günədək Azərbaycan paytaxtının olduqca böyüdüyünü və gözəlləşdiyini bildirir. İrandan Qulamhüseyn Hüseyni cənab Prezidentə ünvanlanmış məktubunda Bakıda keçirilmiş birinci Avropa Oyunları ilə bağlı qürur hissi duyduğunu bildirir.

Avropa Oyunları, həmçinin sübut etdi ki, Azərbaycan əsl tolerantlıq nümunəsidir. Bu mühüm beynəlxalq tədbir zamanı dünyanın bir çox yerindən Azərbaycana gəlmiş əcnəbilərə burada böyük hörmətlə yanaşılması, irqindən, dinindən, milliyyətindən asılı olmayaraq, hər bir kəsə diqqət və xoş münasibət göstərilməsi ölkəmizdə yüksək sivilizasiya və mədəniyyətin, tarixi ənənələrin, əmin-amanlığın mövcudluğunu bir daha təsdiq etmişdir.

Xətaidən T.Novruzlunun, Şirvandan İ.Əliyevin, Yevlaxdan Əməkdar Jurnalist Ə.Yusifqızının,Qəbələnin Bunud kəndindən R.Süleymanovun, başqa şəhər və rayon sakinlərinin məktublarında Azərbaycanın dünyaya daha yaxından tanıdılmasının, sivilizasiyalar və mədəniyyətlər arasında körpü rolunu oynamasının, xalqların və millətlərin yaxınlaşmasına və dialoquna mühüm töhfələr verməsinin əhəmiyyətindən bəhs olunur. Samuxun Tatlı kəndindən Z.Əliyev bu il mart ayının 17-də Qarsda təməli qoyulan TANAP layihəsinin, MingəçevirdənÜ.Zeynalov Azərbaycanın “Böyük İyirmiliyin” (G20) Antalya Sammitində təmsil olunmasının əhəmiyyətini vurğulayaraq, aparılan düzgün siyasət nəticəsində Azərbaycanın çox qüdrətli bir dövlətə çevrildiyini bir daha təqdir edirlər.

Sülhsevərliyini, qoşulduğu bütün saziş və müqavilələrə, konvensiyalara sadiqliyini hər addımda sübut etməsinə baxmayaraq, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan qüvvələr də az deyildir. Xalqımızın öz dövlət başçısı ətrafında sıx birliyi belə qüvvələrə layiqli cavabdır. Bununla bağlı vətəndaş məktubları da maraqlıdır. Məsələn, 2015-ci il sentyabrın 10-da Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi qətnamə ölkə ictimaiyyəti arasında kəskin tənqid hədəfinə çevrilmiş, respublikanın müxtəlif bölgələrindən daxil olmuş məktublarda Avropa Parlamentinin bu qətnaməsi birmənalı şəkildə pislənmiş və ona etiraz bildirilmişdir. Gəncəşəhərindən, NərimanovNizami (Bakı) rayonlarından, Xətainin Yeni Əhmədli qəsəbəsindən, Biləsuvarın Ağalıkənd, İsmayıllının Diyallı kəndlərindən, digər şəhər və rayonlardan göndərilən məktublarda bildirilir ki, öz şəxsi mənafeləri naminə başqalarına, o cümlədən Azərbaycan dövlətinə qarşı qərəzli mövqe tutan və bu qarayaxma kampaniyalarını təşkil edən insanlar reallıqlara obyektiv yanaşsaydılar, yəqin ki, dünyada baş verən bir çox münaqişələrə və mübahisəli məsələlərə son qoyulardı. Hacıqabuldan Z.İbrahimovun məktubunda isə bu sözlər yer alır: “Daxili və xarici bədxahların, eyni zamanda, erməni faşist təbliğatının təsiri altına düşmüş bəzi qüvvələrin ölkəmizin mütərəqqi və davamlı inkişafına qarşı apardıqları kampaniyalar hər zaman iflasa uğrayır”.

Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdir ki, sabitlik olmasa, heç bir inkişafdan söhbət gedə bilməz. Ölkə vətəndaşları da mövcud sabitliyə görə dövlət başçısına həmişə minnətdardırlar. Nardaran hadisələri zamanı onlar bu mövqeni bir daha nümayiş etdirdilər. Məktublarda belə bir qarşıdurmanın baş verməsi, polis əməkdaşlarına silahlı müqavimət göstərilməsi birmənalı şəkildə pislənilir, onu törədənlərin əməlləri dövlətə və xalqa xəyanət kimi qiymətləndirilir və həmin şəxslərin ciddi şəkildə cəzalandırılması istənilir. Din pərdəsi altında kütləvi iğtişaşlar törətməyə, ictimai-siyasi sabitliyi pozmağa çalışanlara qarşı dövlət tərəfindən həyata keçirilən qətiyyətli addımlar vətəndaşlar tərəfindən yekdilliklə alqışlanır. Sabunçudan Z.Əliyev yazır: “Nardaran qəsəbəsində bir qrup şəxsin hüquq mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərməsini qəti şəkildə pisləyirik. Rayonumuzda din pərdəsi altında gizlənən cinayətkarların tamamilə zərərsizləşdirilmələrini istəyirik. Bu, bizim dövlətimizə və müstəqilliyimizə vurulan zərbədir”.Gəncə, Sumqayıt, Şəki, Bərdə, Laçın, Saatlı, Ucar, Zərdab, digər şəhər və rayonlardan daxil olan məktublar da bu qəbildəndir.

Ötən 2015-ci il ölkə tarixində həm də növbəti seçkilər ili kimi qaldı. Beşinci çağırış Milli Məclisə keçirilən seçkilər Azərbaycanın hüquqi dövlət quruculuğu yolu ilə inamla addımladığını bir daha əyani nümayiş etdirdi. Səbail, Ağcabədi, Göygöl, Qəbələ, Qobustan, Qusar, Şuşa və Zərdabdan, Balakənin Qullar, Lənkəranın Mamusta kəndlərindən, digər şəhər və rayonlardan vətəndaşlar bu seçkilərin uğurla keçirilməsi və hakim Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə ölkə Prezidentini təbrik etmişlər. Bu seçkilər Yeni Azərbaycan Partiyasına, onun sədri Prezident İlham Əliyevə xalqın inam və etibarının əyani nümayişinə çevrildi.

İndiki qlobal böhran şəraitində Azərbaycanda özəl sektorun və sahibkarlığın inkişafı daha aktual xarakter daşıyır. Ölkəmizin ümumi iqtisadi inkişafı üçün sahibkarlara əlverişli şəraitin yaradılması istiqamətində 2015-ci ildə bir sıra mühüm addımlar atılmış, vacib qərarlar qəbul edilmişdir. Bu qərarlar vətəndaşlar, xüsusilə də sahibkarlar tərəfindən böyük sevinclə qarşılanmışdır. İsmayıllıdan A.Ağayev, F.İsayev, N.Məhərrəmov, T.Bağırova və başqalarının məktubunda deyildiyi kimi, “Azərbaycanda sahibkarlığın inkişafının yeni dövrü başlamışdır”. Vətəndaşlar mühüm dövlət strukturlarında özlərinə yer etmiş, lakin təkcə sahibkarlara yox, həm də dövlətin siyasətinə arxadan zərbə vurmuş şəxslərin öz layiqli cəzalarını alması üçün ölkə Prezidentinin atdığı sərt addımları müsbət qiymətləndirmişlər.

Naxçıvan Muxtar Respublikasından, Binəqədi, Qaradağ və Yasamaldan, XəzərinMərdəkan, Nizaminin Keşlə, Sumqayıtın İnşaatçılar, Lənkəranın İstisu, Şirvanın Bayramlı,Abşeronun Ceyranbatan qəsəbələrindən, Gəncə, Ağcabədi, Ağstafa, Hacıqabul, Qobustan, Neftçala, Sabirabad, Şamaxı və Zaqataladan, Gədəbəyin Çalburun, MasallınınŞatıroba, Zərdabın Gödəkqobu kəndlərindən, digər şəhər və rayonlardan daxil olan müraciətlərdə buna görə təşəkkür bildirilir.

2015-ci ildə iqtisadiyyatın mühüm qolu olan aqrar sahənin inkişafı üçün mühüm işlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 yanvar tarixli Sərəncamı ilə ötən il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilmiş, 2015-ci il 3 aprel tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunmuş və bu sahənin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlərin görülməsinə başlanılmışdır. Ötən il bu sahənin daha da canlandırılması üçün mühüm islahatlar aparılmış, idarəetmə strukturu təkmilləşdirilmiş, görülmüş tədbirlər nəticəsində 6,6 faiz artım əldə edilmiş, yaradılmış hüquqi və iqtisadi baza növbəti ildə daha böyük yüksəlişin əsasını qoymuşdur.

Minnətdarlıq məktubları göstərir ki, aqrar sahəyə olan qayğı fermerləri sevindirir, onların öz işlərinə həvəsini və torpağa bağlılığını daha da artırır. İmişli, Şuşa və Zaqataladan, Goranboyun Qızılhacılı qəsəbəsindən, Balakənin Talalar, Cəlilabadın Şabanlı, İnili, Qasımbəyli, Hacıməmmədli, Mirtəhməzli, Göyçayın Qızılağac, Göygölün Üçtəpə, Nadil, Pənahalılar, Qaxın Əmircan, Lənkəranın Vel, Salyanın Beştalı, Şəkinin Baş Göynük,Yevlaxın Ərəbbəsrə kəndlərindən, digər şəhər və rayonlardan 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunmasından, kənd təsərrüfatı məhsullarının istehsalında istifadə edilən yanacaq və motor yağlarına görə verilən yardımların həcminin 25 faiz artırılmasından, həmçinin bu yardımların təkrar əkinlərə də şamil edilməsindən, dövlət vəsaiti hesabına bitki mühafizə və karantin tədbirlərinin görülməsindən, mineral gübrələrin, kənd təsərrüfatı texnikasının fermerlərə satılmasında edilən böyük güzəştlərdən, heyvandarlığın maddi-texniki təchizatının və cins tərkibinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan və aqrar sahədə görülən digər işlərdən razılıqlarını bildirirlər.

İsmayıllıdan Nikitin adına kolxozun sədri V.Novoseltsev və fermerlər onlara göstərilən dəstəyə və çoxsaylı güzəştlərə görə minnətdarlıq edərək yazırlar: “Kənd təsərrüfatı məhsulları istehsalçılarına davamlı olaraq göstərilən qayğıdan ruhlanan rayonumuzun fermerləri cari ildə əkin sahələrində həyata keçirdikləri mütərəqqi aqrotexniki üsulların, tətbiq etdikləri yüksək reproduksiyalı toxumların, mineral gübrələrin, xəstəlik-zərərvericilərə və alaq otlarına qarşı apardıqları mübarizə tədbirlərinin nəticəsində rayon tarixində ilk dəfə olaraq dəmyə şəraitində rekord miqdarda – 100 min tondan artıq taxıl istehsal ediblər”.

Kənd təsərrüfatının inkişafında, yüksək məhsuldarlığın əldə olunmasında mühüm əhəmiyyət kəsb edən meliorasiya və suvarma işlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən irimiqyaslı tədbirlər də böyük razılığa səbəb olmuşdur. Son illər Taxtakörpü və Şəmkirçay su anbarlarının, Baş Mil-Muğan kollektorunun sonuncu – 3-cü hissəsinin, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan su kanallarının tikilərək istifadəyə verilməsi, respublikanın müxtəlif yaşayış məntəqələrində 1400-dən çox subartezian quyusunun qazılması və bir sıra digər tədbirlərin görülməsi fermerləri ən çox narahat edən məsələlərdən biri olan suvarma suyu çatışmazlığının aradan qaldırılmasına şərait yaratmışdır.Şəmkirin Yeni Həyat, Keçili, Könüllü, Aşağı Seyfəli kəndlərindən, Samuxun Qarayeri qəsəbəsindən, Qaraarx, Sərkar kəndlərindən və başqa yerlərdən Şəmkirçay su anbarının tikilərək istifadəyə verilməsinə görə vətəndaşlar öz minnətdarlıqlarını bildirmişlər. BiləsuvarınOvçubərə kəndindən F.Eyvazov suvarma sahəsində görülən işləri xüsusi vurğulayaraq yazır: “Doğrusunu deyim ki, uzun illər kəndimizin camaatı torpaqların suvarılmasında əziyyət çəkirdi. Çox sağ olun ki, Sizin sayənizdə bu sahədə vəziyyət ildən-ilə yaxşılaşır, suvarma kanalları lildən təmizlənir, yeni su anbarları tikilir və yaxın vaxtlarda suvarma probleminin tamamilə aradan qaldırılacağını demək olar”.

Ölkə Prezidenti İlham Əliyevin 2015-ci il 15 dekabr tarixli Sərəncamı ilə respublikanın 40 şəhər və rayonunun 148 yaşayış məntəqəsində daha 150 subartezian quyusunun qazılması üçün 10 milyon manat, bundan əlavə Naxçıvan Muxtar Respublikasında bu işlərin icrası üçün 2 milyon manat vəsait ayrılmışdır.

Ötən il müəllimlər üçün də əlamətdar olmuşdur. “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli Sərəncamı ilə əlaqədar daxil olan çoxlu sayda minnətdarlıq məktubları bu cəhətdən maraq doğurur. Naxçıvan Muxtar Respublikasından, Qaradağın Lökbatan,Suraxanının Hövsan qəsəbələrindən, Abşeronun Xırdalan şəhərindən, Səbail, Astara, Daşkəsən, Qubadlı və Zərdabdan, digər şəhər və rayonlardan daxil olan məktubları buna misal göstərmək olar. Xəzərin Buzovna qəsəbəsindən E.İsgəndərova bu barədə yazır: “Bütün dünyada iqtisadi və sosial durumun çətinləşdiyi bir vaxtda təhsil işçilərinə göstərdiyiniz atalıq qayğısına - əməkhaqlarımızı 2 dəfə artırdığınıza görə Sizə şəxsən öz adımdan və məktəbimizin bütün müəllim kollektivi adından dərin təşəkkürümü bildirirəm”.

Ümumiyyətlə, son 2 ildə respublikada təhsil sahəsində çox ciddi dəyişikliklər baş vermiş, yeni məktəblərin, məktəbəqədər və digər təhsil müəssisələrinin tikintisi, təmiri ilə yanaşı, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, xaricdə təhsil proqramı çərçivəsində gənclərin daha prioritet sahələr üzrə təhsil almasının təmin edilməsi üçün ciddi işlər görülmüşdür. Keçən il ölkə Prezidenti respublikanın bölgələrinə səfərləri zamanı bir sıra təhsil müəssisələrinin açılışında iştirak etmişdir. ŞirvanNəsimidən, Şəkinin Qoxmuq kəndindən, digər şəhər və rayonlardan yeni orta məktəb binalarının inşasına, məktəblərin əsaslı təmir olunmasına görə minnətdarlıq etmişlər.

Gənclərin ölkənin ictimai həyatında fəal iştirakının təmin edilməsi, milli-mədəni xüsusiyyətlərə bağlılığının qorunub saxlanılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət başçısı 2016-cı il yanvarın 29-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə keçirdiyi görüşündə demişdir: “Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq”.

Keçən il Azərbaycan gəncləri üçün bir sıra nailiyyətlərlə və qəbul edilmiş mühüm qərarlarla yadda qalacaqdır. Buna ən gözəl misal kimi, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsini, elm, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclərə Prezident mükafatlarının verilməsini, habelə gənclərlə iş və idman sahəsində çalışan əməkdaşların təltif edilməsini göstərmək olar. Mükafatçılardan biri, Nəsimirayonundan C.Seyidovanın məktubunda bu sözlər yer alır: “Müasir Azərbaycan gəncləri Sizinlə qürur duyur, özlərini möhkəm, iradəli, qətiyyətli Ali Baş Komandanın mərd və vətənpərvər döyüşçüləri hesab edirlər. Sizin adınız qayğıkeş, humanist, qətiyyətli və cəsarətli Prezident kimi dillərdə əzbər olub və nəsildən-nəslə ötürüləcəkdir”.

Hər il respublikanın şəhər və rayonlarından birinin “Gənclər paytaxtı” seçilməsi və bu istiqamətdə ilboyu mühüm tədbirlərin keçirilməsi gənclərlə iş sahəsində mühüm təşəbbüslərdəndir. Keçən il İsmayıllı rayonu paytaxt seçilmiş və bu barədə rayondan xeyli sayda minnətdarlıq məktubu daxil olmuşdur. Rayon sakini R.Rəcəbli yazır: “Gənclər paytaxtı”nda yaşamağın bizə yeni-yeni imkanlar açacağına, görülən işlər sayəsində bu imkanların daha da genişlənəcəyinə əminik”.

Ölkə başçısının təşəbbüsü ilə IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya 2015-ci ildə də davam etdirilmiş və bu, razılıqla qarşılanmışdır.İsmayıllıdan, Masallıdan şagirdlər bu aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasına səfər etmələrinə, oranın tarixi memarlıq abidələri, mədəniyyət nümunələri və məktəbləri ilə tanış olmalarına görə təşəkkürlərini bildirmişlər.

Doktorantlara, tələbələrə və şagirdlərə verilən təqaüdlərin artırılması, bu təqaüdlərin ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, ödənişli əsaslarla təhsil alanlara da şamil edilməsi gənclərə göstərilən qayğının nümunəsidir. Minnətdarlıq məktublarında gənclər bunu çox yüksək qiymətləndirir, ödənişli əsaslarla təhsil alan şəxslərə təqaüd almaq imkanının yaradılmasını ədalətli qərar hesab edirlər. Binəqədi, Gəncə, Lənkəran, Şəki, Biləsuvar, Siyəzən, digər şəhər və rayonlardan daxil olan məktubları buna misal göstərmək olar.

Minnətdarlıq məktublarının bir hissəsi imtiyazlı şəxslərə göstərilən dövlət qayğısı ilə əlaqədar olmuşdur. Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilandan Sumqayıtın İnşaatçılar qəsəbəsində, Laçından Ağcabədinin Taxtakörpü ərazisində, Kəlbəcərdən İmişlinin Məmmədli kəndində məskunlaşmış məcburi köçkünlər və başqaları da onlara qayğı və kömək göstərilməsinə, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, digər problemlərin həllinə görə minnətdarlıqlarını çatdırmışlar.

Ağcabədi rayonunda məskunlaşmış Laçının Vağazin kəndindən məcburi köçkün A.Əhmədov bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə laçınlılar adından minnətdarlıq edərək yazır: “Ən çətin, məşəqqətli günlərimizdə dövlətimiz bizə sahib çıxıb, mənzil-məişət və digər problemlərimizin həllində kömək göstərib. Biz bunu heç vaxt yaddan çıxara bilmərik və bütün bunlara görə ulu öndərimiz Heydər Əliyevə və Sizə borcluyuq”.

Nərimanov, Nəsimi, Səbail, Ağdaş, Qax, Saatlı, Salyandan, İsmayıllının Lahıc qəsəbəsindən, Ağcabədinin Boyat, Muğanlı, Yeni Qaradolaq, Lerikin Bülüdül, TərtərinSarıcalı kəndlərindən, digər şəhər və rayonlardan şəhid ailəsi üzvləri, Qarabağ müharibəsi əlilləri müasir fərdi yaşayış evlərinin tikilməsinə, mənzil verilməsinə, onlara diqqət və qayğı göstərilməsinə görə cənab Prezidentə minnətdarlıqlarını bildirmişlər.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunması uğrunda şücaət göstərmiş şəxslərin adlarının layiqincə əbədiləşdirilməsi də minnətdarlıq məktublarının bir çoxunda böyük razılıq hissi ilə qarşılanır. Məsələn, Tərtərdən 1-ci qrup Qarabağ müharibəsi əlilləri N.Heydərov və V.Məmmədzadə, şəhid anaları Z.Əsədova, B.Həsənova, şəhid bacısı B.Mahmudova və başqaları rayonun mərkəzi küçələrinə Azərbaycanın Milli qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, şəhidlər Mehrac Mahmudovun və İlqar Həsənovun adlarının verilməsinə, Nəsimidən M.Əhmədova qardaşı - Milli Qəhrəman Riad Əhmədov üçün xatirə lövhəsinin vurulmasına görə razılıqlarını bildirmişlər.

Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə əlaqədar həyata keçirilən tədbirlər, qəbul edilən mühüm qərarlar müharibə veteranlarını və onlara bərabər tutulan şəxsləri, bu kateqoriyadan olan insanların ailə üzvlərini sevindirmiş, ümumilikdə isə cəmiyyətdə böyük minnətdarlıq hissi doğurmuşdur. İsmayıllı, Tərtər, Lerik, Zərdab, digər şəhər və rayonlardan 9 May - Qələbə bayramı ərəfəsində həmin şəxslərə birdəfəlik maddi yardım verilməsinə, bundan əlavə Nərimanovdan F.Səttarova Qələbənin 70 illiyi münasibətilə Moskva şəhərində keçirilən tədbirə göndərilməsinə, Masallının Babakücə kəndindən X.Xancanov, Tovuzun Qovlar qəsəbəsindən C.Məmmədov minik avtomobili, Səbaildən 1-ci qrup əlil V.Eminov mənzillə təmin olunmalarına, Yasamaldan İnessa Camalzadə Böyük Vətən müharibəsi veteranı olmuş atası Q.Borisovun əlyazması əsasında “Cəsur minaaxtaranlar döyüşdə” adlı kitabın nəşr edilməsinə və yayılmasına, Nəsimidən A.Əzizova müharibə zamanı həlak olmuş dayısı Malik Hüseynovun adının Nəsimi rayonunda yerləşən 3 saylı poliklinikaya verilməsinə, FüzulininBöyük Bəhmənli kəndindən Z.Hüseynova “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilməsinə görə razılıqlarını bildirir, sevinc hisslərini ölkə başçısı ilə bölüşürlər. Maddi yardımla təmin olunan Cəlilabadın Göytəpə şəhərindən B.Abıyeva isə məktubunda yazır: “Mən Böyük Vətən müharibəsi iştirakçısının həyat yoldaşı, Qarabağ müharibəsində 1-ci qrup əlil olub vəfat etmiş bir oğulun anasıyam. Bu itkilərə nə qədər üzülsəm də təskinliyim odur ki, mənim kimi ağbirçək anaların Sizin kimi qayğıkeş oğlu, humanist Prezidenti var”.

Azərbaycan dövlətinin öz vətəndaşlarına olan diqqət və qayğısı son illərdə ölkəmizdə baş verən təbii fəlakətlər zamanı özünü bir daha büruzə vermişdir. Bu amil xalqın öz dövlətinə olan inamını daha da artırır, cəmiyyətdə böyük nikbinlik və minnətdarlıq hissi oyadır.Lənkərandan M.Talışlı, K.Kələntərli, B.Əliyeva, İ.Tağıyev və başqaları 2015-ci ilin sonlarında şəhər ərazisinə yağan leysan yağışlarının, Sabirabaddan Ş.Qasımov bir neçə il əvvəl baş vermiş sel daşqınlarının, Zaqatalanın Əliabad qəsəbəsindən D.Məmmədov isə zəlzələnin ağır fəsadlarının aradan qaldırılmasına, dağılmış və ya qəzalı vəziyyətə düşmüş evlərin və binaların bərpa olunmasına və yenilərinin tikilməsinə, kompensasiyaların ödənilməsinə görə razılıqlarını ifadə edirlər.

Ölkəmizdə uğurla həyata keçirilən islahatlar, abadlıq-quruculuq və tikinti işləri, insanların həyat səviyyəsinin yaxşılaşmasına xidmət edən sosial infrastruktur layihələri bir çox məktubların əsas mövzusunu təşkil edir. Məsələn, Sabunçunun Bakıxanov və Ramana qəsəbələrindən S.Salmanova, N.Babayeva və başqaları ötən əsrin əvvəllərində tikilmiş və son vaxtlar qəzalı vəziyyətə düşən köhnə yaşayış binalarının sökülərək yerində müasir standartlara uyğun çoxmərtəbəli binaların tikilməsi və sakinlərin yeni mənzillərlə təmin edilməsi istiqamətində görülən işlərə, Pirallahıdan İ.Şamsutdinov yaşadıqları massivə yaxın olan dənizkənarı sahənin abadlaşdırılmasına və yaxşı şəraitə malik çimərliyin yaradılmasına,Yasamaldan E.Abduləliyev Naxçıvan Muxtar Respublikasında Günəş Elektrik Stansiyasının, Sənaye Kompleksinin, yeni xəstəxananın və digər obyektlərin açılmasına, SumqayıtdanM.Gülümov Azərbaycan prospektindəki binaların gülbax daşları ilə üzlənməsinə,Mingəçevirdən Q.Əhmədova, O.Məmmədova, B.Səmədova və başqaları yaşadıqları binada - 1960-cı ildə istifadəyə verilmiş keçmiş toxuculuq kombinatının yataqxanasında Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına əsaslı təmir işlərinin görülməsinə, Lənkərandan iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev-muzeyinin direktoru T.Fətullayeva qəhrəmanın adını daşıyan xiyabana keyfiyyətli asfalt örtüyün çəkilməsinə, həm piyadaların, həm də nəqliyyat vasitələrinin rahat gediş-gəlişinin təmin edilməsinə, Astaranın Kijəbə qəsəbəsindən C.Eynəliyev və Salyandan E.Hacıyev və başqaları (cəmi 110 nəfər) Pensər və Kür çaylarının üzərində müasir avtomobil körpülərinin, Qobustanın Nabur kəndindən N.Məmmədov kəndlərində futbol stadionunun tikilməsinə, Neftçalanın Bankə qəsəbəsindən N.Zeynalov, B.Ağamalıyev, M.Seyfullayev, F.Həsənov və başqaları rayonda sənaye məhəlləsinin yaradılması üçün görülən işlərə, Ucardan A.Kərimov rayon mərkəzi xəstəxanasının yeni binasının istifadəyə verilməsinə görə ölkə başçısına minnətdarlıqlarını çatdırırlar.

Fərəhləndirici haldır ki, bu abadlıq və quruculuq işləri cəbhə bölgəsində yerləşən rayonlarda və onların yaşayış məntəqələrində də sürətlə davam etdirilir. Bu isə öz növbəsində orada yaşayan insanlarda böyük ruh yüksəkliyi yaradır, Tərtərin Çaylı kəndindən X.Hümbətovun məktubunda deyildiyi kimi, “hər evdə yanan işıq düşmənin gözünə ox kimi batır”.

Cəbhə bölgəsindən gələn digər məktubların bir neçəsini qeyd etmək oxucular üçün maraqlı olardı. Ağcabədinin Yuxarı Qiyaməddinli kəndindən R.Quluyev və başqaları kəndin tamamilə qazlaşdırılmasına, fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, 2006-cı ildən bəri kənd ərazisində 30-a yaxın subartezian quyusunun qazılmasına, Ağstafadan İ.Əliyev musiqi və incəsənət məktəbinin, yaşayış binalarının, Gədəbəydən M.Hüseynova və başqaları (cəmi 48 nəfər) rayon mərkəzi ilə yanaşı, kəndlərdə yeni uşaq bağçalarının inşasına, TərtərdənM.Babayev və başqaları yaşadıqları binanın dam örtüyünün dəyişdirilməsinə, binanın həyətində yaşlılar və uşaqlar üçün istirahət guşələrinin yaradılmasına görə təşəkkür etmişlər.Ağdamın Quzanlı qəsəbəsindən E.İsmayılova, S.Məmmədova və başqaları, FüzulininHoradiz şəhərindən M.Namazəliyev də cəbhəyanı bölgələrdə görülən işlərdən sevindiklərini, dövlətimizin onları heç vaxt yaddan çıxarmadığını yazırlar.

Binəqədi, Nərimanov, Pirallahı, Səbail, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Şəki, Şirvan, Ağcabədi, Ağsu, Beyləqan, Cəlilabad, Göyçay, Xaçmaz, Xocavənd, İmişli, Kəpəz, Kürdəmir, Neftçala, Ordubad, Siyəzən, Şərur, Tovuz və Zaqataladan, Sumqayıtın Corat,Abşeronun Mehdiabad qəsəbələrindən, Xızının Sitalçay, Gədəbəyin Kiçik Qaramurad,Goranboyun Yolqulular, Qazaxın Hüseynbəyli, Oğuzun Zərrab, Masallının Sığdaş, SalyanınQarabağlı, Yevlaxın Yuxarı Bucaq kəndlərindən, digər şəhər və rayonlardan daxil olan məktublarda ölkəmizin sosial-iqtisadi inkişafından, həyata keçirilən irimiqyaslı abadlıq-quruculuq işlərindən, yeni istehsal sahələrinin yaradılmasından, əhalinin rifah halının yüksəldilməsi naminə atılan addımlardan yaranan sevinc hisslərini bölüşürlər.

Əhalinin içməli su, qaz, elektrik enerjisi ilə təchizatı vəziyyəti ölkə Prezidentinin daim diqqət mərkəzindədir. Bu sahələrdə mövcud vəziyyətin daha da yaxşılaşdırılması və vətəndaşları narahat edən çatışmazlıqların aradan qaldırılması üçün 2015-ci ildə mühüm işlər görülmüşdür. Bəzi minnətdarlıq məktublarını həmin işlərin əks-sədası hesab etmək olar. Məsələn, Gəncənin Məhsəti qəsəbəsindən, Lənkəranın Xolmili, Oğuzun Xaçmaz, SalyanınYeni Uluxanlı, Ağcabədinin Rəncbərlər və Hüsülü, Astaranın Tüləgüvan, Cəlilabadın Babalı, Şiləvəngə, Adnalı, Abışabad, Şabanlı, Hacıcavadlı, Şıxlar, Gədəbəyin Nərimankənd,Goranboyun Azad, Hacıqabulun Udulu və Qubalı, Sabirabadın Əhmədabad, TərtərinBorsunlu və Sarıcalı, Zərdabın Çallı və Qoruqbağı, digər şəhər və rayonların kənd və qəsəbələrindən daxil olan məktublarda qaz xəttinin çəkilməsinə və təbii qazın verilməsinə, Səbailin Badamdar qəsəbəsindən, Şəkinin Şəki, Ağcabədinin Köyük, Bərdənin Bəcirəvan,Göygölün Haçaqaya, Kürdəmirin Qoçulu kəndlərindən və başqa yerlərdən daxil olmuş məktublarda kənd və qəsəbələrin içməli su probleminin aradan qaldırılmasına, o cümlədən subartezian quyularının qazılmasına, su anbarlarının tikilməsinə, su xətlərinin çəkilməsinə görə razılıq bildirmişlər.

Xüsusilə qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrildikdən və bu qurumun səlahiyyətləri genişləndirildikdən sonra bölgələrdə elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması işləri geniş vüsət almışdır. Ölkə başçısı Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu sahədə il ərzində görülmüş işlərə toxunaraq qeyd etmişdir: “Azərişıq” indi bölgələrdə fəal iş aparır. Mən də bölgələrdə olarkən, vəziyyətlə maraqlanarkən yerli nümayəndələr, vətəndaşlar bildirirlər ki, son vaxtlar bölgələrdə elektrik enerjisi ilə təchizat daha da yaxşılaşmışdır”.

Vətəndaşlardan daxil olan çoxsaylı minnətdarlıq məktubları da bunu təsdiq edir. Sumqayıt, Hacıqabul və Xaçmazdan, Şəkinin Baş Göynük, Astaranın Tülü, Balakənin Qazma,Gədəbəyin Slavyanka, Lerikin Siyov, Mistan, Salyanın Xocalı, Zaqatalanın Cimcimax kəndlərindən, digər şəhər və rayonlardan daxil olan müraciətlərdə respublikanın regionlarında elektrik enerjisi təchizatının yaxşılaşdırılmasından, bu sahədə görülən işlərdən ətraflı söhbət açılır. Zaqatalanın Qalal kəndindən S.Mirzəyeva və başqaları isə öz məktublarında fikirlərini bu cür ifadə edirlər: “Qısa müddət ərzində kəndimizə işıq verildi. İşıq sanki evlərə yox, insanların qəlbinə çəkildi. Sevincimizin həddi-hüdudu yoxdur. Siz ilk Avropa Oyunlarının məşəlini Bakıda, yeni həyat məşəlini isə ucqar kənd sakinlərinin qəlbində alovlandırdınız. Buna görə çox sağ olun! Allah Sizin yolunuzu həmişə işıqlı etsin!”

Yola saldığımız ildə əsaslı islahatların həyata keçirildiyi sahələrdən biri də Azərbaycan dəmir yollarıdır. Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolunun yenidən qurulması, xətlərin yenilənməsi və müasirləşdirilməsi, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması, şəhərin müxtəlif istiqamətlərinə hərəkət edən yeni elektrik qatarlarının istismara verilməsi və bu sahədə görülən digər işləri qeyd etmək olar. Xüsusilə, öz rahatlığı və sürəti ilə seçilən bu qatarlar sərnişinləri əvvəlkindən təqribən iki dəfə tez mənzil başına çatdırır.Sumqayıtdan K.Abdullayev yazır: “Bakı-Sumqayıt marşrutu üzrə sürətli qatarın istifadəyə verilməsi biz tələbələrin çoxdankı arzusu idi”.

Əminliklə demək olar ki, növbəti illərdə reallaşdırılması nəzərdə tutulan Bakı şəhəri - Heydər Əliyev Beynəlxalq Aeroportu dəmir yolu xətti də minlərlə insanın rahat və sürətli xidmətlə təmin edilməsinə öz töhfəsini verəcəkdir. Eyni zamanda, Bakı-Astara dəmir yolunun qalan 8 kilometrlik hissəsinin tikilməsi, ölkə Prezidentinin dediyi kimi, Azərbaycanı Şimal-Cənub dəhlizinin çox önəmli partnyoruna çevirəcək.

Eləcə də kəndlərarası yolların tikintisi və təmiri istiqamətində görülən işlər və bununla bağlı imzalanan sərəncamlar minnətdarlıq məktublarının bir çoxunda geniş təqdir olunur. Lənkəranın Aşağı Nüvədi qəsəbəsindən, Tütəpeştə və Kənarmeşə kəndlərindən,Ağcabədinin Arazbar, Şahsevən, Mirzəhaqverdili, Kürdlər və Minaxorlu, AstaranınAsxanakəran, Miki, Çüvaş, Hamoşam və Taxtanəkəran, Cəlilabadın Cəngan, HacıqabulunAbdulabad, İmişlinin Yalavac, Kürdəmirin Xəlsə və Qocalı, Tovuzun Xatınlı kəndlərindən,Qusardan, digər şəhər və rayonlardan daxil olan məktubları buna misal göstərmək olar.

İctimai xarakter daşıyan çoxsaylı belə məsələlərlə bərabər, vətəndaşların şəxsi problemlərinin həlli ilə əlaqədar da xeyli minnətdarlıq məktubları daxil olmuşdur.Məsələn, Binəqədinin Sulutəpə qəsəbəsindən B.Lazımova evinin təmir olunmasına, XətaidənF.Vəliyeva söküntü ərazisinə düşmüş evinə müvafiq komissiya tərəfindən kompensasiya ödənilməsinə, Yasamaldan L.Kərimova paytaxtın “Sovetski” adlanan ərazisində həyata keçirilən quruculuq işləri ilə əlaqədar evləri sökülmüş vətəndaşlara yeni mənzillərin verilməsinə, Bərdədən G.Əliyeva, N.Əhmədova, N.Qəhrəmanova işlə, Ağsudan C.Piriyev ünvanlı sosial yardımla təmin olunmalarına, Qazaxın Aşağı Salahlı kəndindən E.Hüseynov ölkə başçısının Sərəncamı ilə əfv olunmasına, Gəncədən S.Qurbanova və ZərdabdanK.Osmanova övladlarının, Sabunçudan H.Ağayev nəvəsinin, Şabrandan N.Ağayev isə özünün uğurla əməliyyat edilməsinə görə razılıq bildirirlər.

Minnətdarlıq məktublarının əhatə etdiyi ölkə, şəhər və rayonların, kənd və qəsəbələrin sayı çox, aid olduğu mövzular isə müxtəlifdir. Məsələn, Türkiyənin Adana şəhərindənhəmyerlimiz Cahangir Novruzov babası, görkəmli aktyor və teatr xadimi Cahangir Zeynalovun 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması barədə Sərəncama, Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsindən F.Mir-Bağırzadə dünya şöhrətli Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun yaradıcılığı mövzusunda yazdığı elmi monoqrafiyasının gözəl tərtibatla dərc edilməsinə, Yasamaldan Xalq Artisti, dirijor Yalçın Adıgözəlov atası, görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncama, GəncədənX.Yusifli Nizami Gəncəvi irsinin tədqiqi və tədrisində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni, Bərdədən Ş.Eyvazov və Qubadlıdan R.İsmayılov "Tərəqqi" medalı, QubadanQ.Qasımov Əməkdar Jurnalist fəxri adı ilə təltif edilmələrinə, Ağcabədinin Hindarx qəsəbəsindən B.Quliyev “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılmasına, AstaradanM.Həsənova direktoru olduğu 2 saylı tam orta məktəbin “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olaraq 10 min manat məbləğində mükafatlandırılmasına və məktəb binasının əsaslı təmirinə, Beyləqanın Əhmədli kəndindən Q.İsmayılova səhiyyə sahəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Bunlarla yanaşı, cənab Prezidentin bir sıra tapşırıq və tövsiyələrinin uğurla icra edilməsindən qaynaqlanan minnətdarlıq məktublarını da nümunə kimi göstərə bilərik.Məsələn, Pirallahıdan, Cəlilabadın Göytəpə şəhərindən və Lerikin Günəşli kəndindən dərmanların qiymətinin aşağı salınmasına, Lənkəranın Şağlaser, Qubanın Əlibəyqışlaq,Kürdəmirin Qoçulu kəndlərindən, Beyləqandan dövlət orqanları rəhbərlərinin respublikamızın şəhər və rayonlarında vətəndaşları qəbul etməsinə, Sumqayıtdan, Şamaxıdan kənd təsərrüfatı yarmarkalarının təşkil olunmasına görə minnətdarlıqlarını bildirmişlər.

Ölkə Prezidentinin 2015-ci ildə imzaladığı müvafiq fərmanlar daşınmaz əmlakın sənədləşdirilməsi işlərinin sürətləndirilməsinə şərait yaratmışdır. Belə bir addımın atılması əlbəttə ki, vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanmışdır. Nizami (Bakı), Səbail və Suraxanıdan, Gəncənin Gülüstan qəsəbəsindən mənzillərin, Şirvan, Göyçay, Hacıqabul və Neftçaladan, Abşeronun Goradil, Göygölün Üçtəpə, Sabirabadın Xankeçən kəndlərindən fərdi yaşayış evlərinin, Mingəçevir və Ağdaşdan, Sabirabadın Suqovuşan, Salyanın Sarvan,Zərdabın Alıcanlı kəndlərindən torpağın, qeyri-yaşayış sahəsinin sənədləşdirilməsinə görə minnətdarlıq etmişlər. Digər şəhər və rayonlardan bir çoxlarının məktubları da bu məsələ ilə əlaqədar olmuşdur.

İnsanları narahat edən problemlərin bir hissəsi ölkə başçısına müraciətdən sonra öz müsbət həllini tapmış və həmin vətəndaşlar bununla əlaqədar minnətdarlıq məktubları göndərmişlər. Məsələn, Nərimanovdan Əməkdar İncəsənət Xadimi H.Qurbanovun həyat yoldaşı F.Qurbanova mənzillə təmin edilməsinə, Sabunçunun Bakıxanov qəsəbəsindən Y.Salamov, Yasamaldan Əməkdar İncəsənət Xadimi, bəstəkar T.Əkpərov, GəncədənA.Novruzov, Mingəçevirdən 1-ci qrup Qarabağ müharibəsi əlili S.Rəsulova, Tovuzun Aşağı Öysüzlü kəndindən R.Tağıyev özlərinin, Astaranın Ərçivan qəsəbəsindən X.Fətullayev həyat yoldaşının, Suraxanının Əmircan qəsəbəsindən X.Sultanova, Sumqayıtdan Ş.Əmirov,Saatlıdan Ü.İslamova övladlarının müalicəsinə, Naftalandan R.Qurbanov sahibkarlıq fəaliyyətinə maneənin aradan qaldırılmasına, Xaçmazın Seyidli kəndindən C.Bayramov rəhbəri olduğu “Ober-Lux” istirahət mərkəzinin fəaliyyəti üçün lisenziyanın verilməsinə,Abşeronun Xırdalan şəhərindən İ.Mustafayev yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binasının qeydiyyata alınmasına, Binəqədinin 28 May qəsəbəsindən D.Qaçayev yarımçıq qalmış fərdi yaşayış evinin tikintisinə kömək göstərilməsinə, Kürdəmirin Məhərrəmli kəndindən T.İbrahimov və başqaları Kür çayından çəkilmiş su kanallarının müasir texnikanın köməyi ilə lildən təmizlənməsinə, çaydakı su nasoslarının daha güclüləri ilə əvəz edilməsinə və suvarma suyu ilə təchizatın yaxşılaşdırılmasına, Qazaxdan A.Həsənov qızının işə bərpa olunmasına, Lənkəranın Vilvan kəndindən G.Mirzəyev və başqaları (cəmi 41 nəfər) leysan yağışları nəticəsində su yuyub aparmış körpülərin əvəzinə Veravul çayı üzərində yeni körpünün tikilərək istifadəyə verilməsinə, Şəmkirin Düyərli kəndindən E.Cəlilov suvarma suyu probleminin həllinə görə ölkə başçısına minnətdarlıq edirlər.

Binəqədi, Qaradağ, Xətai, Xəzər, Nizami, Sabunçu, Yasamal, Gəncə, Sumqayıt və Yevlaxdan, Şirvanın Bayramlı, Abşeronun Saray qəsəbələrindən, Ağcabədi, Ağdaş, Babək, Bərdə, Goranboy, Kəlbəcər, Samux və Ucardan, Balakənin Qullar, QazaxınKosalar, Qubanın Timiryazev kəndlərindən, digər şəhər və rayonlardan gələn müraciətlərdə qaldırılan məsələlərin müsbət həll olunması ilə əlaqədar razılıq edilir.

Həyata keçirilən tikinti-quruculuq işləri, qazanılan uğurlar ölkə vətəndaşları kimi, dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən həmvətənlərimizi də qəlbən sevindirir. Onlar ölkəmizə gəldikləri zaman böyük dəyişikliklərin şahidi olduqlarını, gördüklərindən heyrətləndiklərini və qürur hissi keçirdiklərini bildirirlər. Moskva şəhərindən A.Hüseynov yazır: “Bu ilin əvvəlində Azərbaycana gəlmişdim. Sizin əməyiniz sayəsində ölkəmiz inkişaf edib və güclənib. Siz çox müdrik dövlət başçısısınız və nümunəvi ailəniz var. Rusiyada yaşayan azərbaycanlılar Sizə böyük hörmət bəsləyir və hər zaman Sizi dəstəkləyirlər”.

İsveçrənin Cenevrə şəhərindən Mariya Xan-Xoyskaya Martinyolinin məktubu da bu baxımdan maraqlıdır: “Doğma Gəncəmdən doqquz ildir ki, kənardayam. ...Taleyimi İsveçrə ilə bağlamışam, Cenevrəyə köçmüşəm. Hər il Gəncəyə gəlir, ailəmə baş çəkirəm. Gəncənin Sizin rəhbərliyinizlə yeniləşdirilmiş simasına görə Sizə “çox sağ olun” deyirəm. Vətənimin taleyi mənim üçün böyük əhəmiyyət daşıyır. Odur ki, Sizin müdrikliyinizə və uzaqgörənliyinizə sevinirəm”.

Rusiyanın Nijni Novqorod, Xantı-Mansiysk, Fransanın Nant, İsveçin Höteborq, Ukraynanın Vinnitsa şəhərlərindən və digər ölkələrdən də öz Vətənləri ilə iftixar duyan soydaşlarımız, habelə xarici vətəndaşlar Azərbaycanın dinamik inkişafını diqqətlə izlədiklərini və bunu yüksək qiymətləndirdiklərini bildirirlər.

Türkiyənin Ankara şəhərindən Turhan Saltaş yazır: “Siz böyük türk millətinin əziz dostu, vuran ürəyisiniz. Adınızı qəlbimizə yazdıq. Ev-eşiyinizdə həmişə şənlik olsun, ayağınıza daş dəyməsin. Təkcə Azərbaycanı deyil, bütün türk dünyasını sızladan Qarabağ münaqişəsinin tezliklə həll olunacağına inandığımızı və bu yolda Sizinlə birgə olduğumuzu bildiririk. Bağlı qapılar üzünüzə açılsın, cənab Prezident!”

Dağıstanın Dərbənd şəhərindən Ə.Xandadaşov Azərbaycan Prezidentinin xarici ölkələrdə yaşayan soydaşlarımıza qayğısını belə ifadə edir: “Yaxın günlərdə biz Rusiyada ilk və yeganə Azərbaycan teatrının yenidən qurulacağı barədə xoş xəbər eşitdik. Rusiya Federasiyasında yaşayan azərbaycanlıları unutmadığınıza görə Sizə və bütün Azərbaycana təşəkkür edirik”.

Minnətdarlıq məktublarında qeyd olunan fikirlər və səmimi ifadələr ölkə Prezidentinə bəslənən ümumxalq məhəbbətindən, xalqla iqtidar arasında mövcud olan möhkəm birlikdən irəli gəlir. Bu birliyin əsasını təşkil edən bir çox müsbət amilləri Xəzərin Binə qəsəbəsindən Ə.Cəfərov öz məktubunda çox gözəl şərh edir: “Mən tam əminliklə vurğulaya bilərəm ki, xalqımız Sizinlədir. Sizin yolunuzla gedib, gedir və gedəcəkdir. Çünki Sizin yolunuzda, siyasətinizdə inkişaf, xidmət və haqq-ədalət var. Buna görə də xalq Sizi sevir, Sizin arxanızda yumruq kimi birləşərək siyasətinizi dəstəkləyir”.

Konkret faktların yer aldığı, xalqın dövlətə sədaqətini və öz rəhbərinə məhəbbətini, bir sözlə, ümumi fikrini özündə birləşdirən bu çoxsaylı minnətdarlıq məktubları əsl Azərbaycan gerçəkliyinin və həqiqətinin nədən ibarət olduğunu bir daha aydın nümayiş etdirir. Bu məktublarda əks olunan fikirlər sadə və zəhmətkeş insanların ürəkdən gələn, obyektivliyə və səmimiyyətə söykənən sözləridir. Xalqımız ağı qaradan seçməyi bacarır, hər zaman öz iradəsinin diktəsi ilə hərəkət edir, ölkə başçısının dediyi bu sözləri özünün mövqeyi, özünün ürək sözləri sayır: “Dünyada elə qüvvə yoxdur ki, Azərbaycan xalqının iradəsinə təsir edə bilsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm