Yan Zahradil: “Avropa Parlamentinin qətnaməsi ilə razı deyilik”
Bizi izləyin

Nida.az

Yan Zahradil: “Avropa Parlamentinin qətnaməsi ilə razı deyilik”

“Alyans Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi ilə razı deyil”.


Publika.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil deyib.


Onun sözlərinə görə, Alyans Avropa Parlamentində təmsil olunsa da, həmişə onun qərarlarını dəstəkləmir.


Y. Zahradil Azərbaycan torpaqlarını işğal edən Ermənistana sanksiya tətbiq olunması sualını cavablandırarkən deyib ki, Alyans münaqişənin həllinə dəstək verməyə hazırdır: “AŞPA kimi beynəlxalq qurumlar Dağlıq Qarabağ haqda birtərəfli qərar vermir. Biz Alyans olaraq təklif edirik ki, münaqişə tərəfləri bir araya gəlsinlər”.


Onun sözlərinə görə, həm Gürcüstan, həm də Ermənistandan bir sıra partiyalar Alyansın üzvüdürlər: “Bir sıra transmilli qurumlar, o cümlədən AŞPA həmişə doğru qərar verməyə bilər. Bu fikirlərimi Ermənistandakı görüşlərimdə də ifadə etmişəm. Azərbaycanda da bunu bildirirəm”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm