Nazir müavini deputatlara hesabat verir – Milli Məclis
Bizi izləyin

Nida.az

Nazir müavini deputatlara hesabat verir – Milli Məclis

Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb.

Publika.az-ın məlumatına görə, iclasın gündəliyinə 7 məsələ daxil edilib:

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında,

2. “Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi barədə,

3. "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında" Müqavilənin və onun Proqramının təsdiq edilməsi barədə Aəzrbaycan Respublikası Qanununun layihəsi haqqında,

4. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında,

5. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında,

6. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi barədə. (İkinci oxunuş),

7. "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi barədə.

Spiker Oqtay Əsədovun çıxışı ilə işə başlayan iclasda gündəliyə daxil olan məsələlər təsdiq edilib.

Daha sonra Azərbaycanın ədliyyə nazirinin müavini Vilayət Zahirova bələdiyyələrlə bağlı hesabat çıxışı üçün söz verilib. Hazırda onun çıxışı davam edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm