
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının
(BAXCP) qərargahında Avropa Parlamentinin Mühafizəkarlar və
İslahatçılar Alyansı rəhbərliyinin iştirakı ilə konfrans
keçirilib.
Publika.az xəbər verir ki, konfransda BAXCP
rəhbərliyi və Alyansın prezidenti Yan Zahradil, sədr müavini Riçard
Milsom, baş katib Tom Vandjiç, qrup üzü Bita Sobkeçviç iştirak
ediblər.
Alyansın prezidenti Yan Zahradil Azərbaycana səfərlərinin
məqsədləri və BAXCP ilə əməkdaşlqılarından danışıb: “BAXCP bizim
ailənin üzvüdür və onların dəvəti ilə biz bu gün Azərbaycana səfər
etmişik. Səfərimiz bir günlükdür. Lakin bir gün ərzində Azərbaycan
dövlətinin rəsmi şəxsləri ilə sıx görüşlərimiz olacaq. Prezident
İlham Əliyev ölkədə olmadığı üçün onunla görüşə bilməyəcəyik, amma
digər rəsmi şəxslərlə təmaslarımız olacaq”.
Y. Zahradil Azərbaycanın geosiyasi əhəmiyyətindən, həmçinin,
tolerantlıq ənənələrindən danışıb. Bildirib ki, Azərbaycan həm
rəhbərlik etdiyi Alyans, həm də bütövlükdə Avropa üçün əhəmiyyətli
ölkədir.
Konfransda çıxış edən baş katibi Tom Vandjiç Alyansın tarixindən,
idarəçilik strukturundan və beynəlxalq əlaqələrindən danışıb.
Sonda avropalı qonaqlar jurnalistlərin suallarını
cavablandırıblar.
Asif