• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

Komitə sədri: “Əksər bələdiyyələr heç işçilərinə məvacib verə bilmirlər”

  • Nida.az
  • 12 Fevral 2016 13:21
  • 602 Baxış
Komitə sədri: “Əksər bələdiyyələr heç işçilərinə məvacib verə bilmirlər”

“Bələdiyyələrin fəaliyyətinin düzgün olması üçün onların müvafiq büdcəsi olmalıdır. Əksər bələdiyyələr heç işçilərinə məvacib verə bilmirlər”.

Publika.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)" məruzəyə münasibət bildirərkən Parlamentin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə deyib.

Komitə sədri bildirib ki, bələdiyyələrin bəzilərinin Dövlət Sosial Müdafiə Fonduna 20-40 min manat borcları var: “Onların büdcələrinə pul daxil olan kimi, dərhal fondun hesabına köçürürlər. Nəzərə alsaq ki, respublika bələdiyyələrinin 14 faizinin əhalisi 1000 nəfərə qədərdir, o zaman onların vəziyyəti daha acınacaqlıdır. Belə bələdiyyələr tənqid edilsə də, cəzalandırılsa da vəziyyət düzəlməyəcək. Ona görə də həmin bələdiyyələrə mütləq dövlət kömək etməlidir. Qanunvericilik də buna imkan verir. Bütün bunları nəzərə alaraq dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsait artırılmalıdır".

A.Rəhimzadə bildirib ki, bələdiyyələr müəyyən layihələri icra etmək üçün subsidiya almaq hüququna malikdirlər: “Lakin nə keçən il, nə də bu il müvafiq məqsədlə vəsait ayrılmayıb. Heç dövlət büdcəsində də bununla bağlı müvafiq sətir yoxdur. Büdəcədə builki gərginliyi anlayırıq. Lakin bu şəraitdə bələdiyyələrə ayrılan dotasiyaların bir hissəsi subsidiya yolu ilə ifadə oluna bilərdi”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR