“Bakı Şəhər Bələdiyyəsi yaradılmalıdır” – deputatdan TƏKLİF
Bizi izləyin

Nida.az

“Bakı Şəhər Bələdiyyəsi yaradılmalıdır” – deputatdan TƏKLİF

“Əgər bələdiyyələrin hansısa ciddi səlahiyyəti yoxdursa, öz işçilərinin maaşını verə bilmirsə, onların hansı fəaliyyəti barədə danışmaq olar? Bələdiyyə sistemində islahatlar aparılmalıdır”.

Publika.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənədin müzakirəsi zamanı bildirib.

F.Mustafa deyib ki, bu gün Milli Məclisə bu sənəd təqdim edilən zaman, bələdiyyə sistemində islahatlar haqqında paket də təqdim ediləcək. Onun sözlərinə görə, bələdiyyələr heç bir sahədən pul qazana bilmirlər: “Buna görə də konstitusiyada nəzərdə tutulan heç bir sosial işləri yerinə yetirmirlər. Bələdiyyələrə daha çox səlahiyyət verilməlidir. Çoxşaxəli quruma ehtiyac yoxdur. Bələdiyyələr daha çox iş görməlidirlər. Buna görə onlara səlahiyyət verilməlidir. Bakı Şəhər Bələdiyyəsi yaradılmalıdır. Bakıda tramvaylar ləğv edildi. Tramvay relslərini isə kimlərsə satıb 5-10 manat qazandılar. Ancaq bələdiyyə olsaydı, buna imkan verilməzdi. Düzdür, dəmir yolunda islahatlar getdi, belə məsələlər həll olunur. Ancaq bələdiyyələrə daha çox səlahiyyət verilməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm