İsveçli deputat Xocalı bəyanatını Avropa Parlamentinə təqdim edəcək - FOTO
Bizi izləyin

Nida.az

İsveçli deputat Xocalı bəyanatını Avropa Parlamentinə təqdim edəcək - FOTO

İsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyətin sədri Nadir Hollenbrand İsveçdə yerləşən Parlament evində Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar Avropa Parlamentinin deputatı Fredrik Federley ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, görüş zamanı deputata Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, həmçinin, qətliamı pisləyən bəyanatın ingilis dilində nüsxəsi təqdim edilib. Bəyanatda 1992-ci ilin 25-26 fevralında erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qanlı cinayət aktı həyata keçirildiyi, nəticədə bir gecədə 106-si qadın, 63-ü uşaq, 70-i yaşlı insan olmaqla, ümumilikdə 613 azərbaycanlının erməni vandalları tərəfindən öldürüldüyü, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin taleyinin isə hələ də məlum olmadığı, 6 ailənin tamamilə məhv edildiyi, 25 körpənin hər iki valideynini itirdiyi, 56 insanın xüsusi amansızlıqla qətlə yetirildiyi qeyd edilir. Bəyanatda bildirilir ki, beynəlxalq ictimaiyyət bu acı həqiqətdən xəbərdar olmalı, insanlığa qarşı törədilən cinayətə hüquqi qiyməti verməlidir.

Deputat Federley qeyd edib ki, yaxın zamanda Brüsseldə olacaq və bəyanatı Avropa Parlamentinə təqdim edəcək. Söhbət zamanı məlum olub ki, Federley bir ay əvvəl Azərbaycanda işgüzar səfərdə olub. Deputat Azərbaycan və azərbaycanlılar haqqında yüksək fikirdə olduğunu bildirib və vurğulayıb ki, Azərbaycana səfəri zamanı ölkəmizin füsunkar gözəlliyinə və xalqımızın vətənpərvərliyinə heyran qalıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm