Nida.az
Spiker: “Bələdiyyələr haqqında pis fikir formalaşıb”
“İndiyədək bələdiyyələr haqqında pis fikir formalaşmışdı. Onların yalnız torpaq satması ilə bağlı fikirlər bir kənara qoyulmalıdır”.
Publika.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov bildirib.
Milli Məclis sədri deyib ki, bələdiyyələr onlara kömək edilməsi üçün heç bir hərəkət etmirlər: “Lazım olsa, müvafiq təşkilatlara deyilə bilər. Ancaq bələdiyyələr özləri də hərəkət etməlidir. Burada deyildi ki, 10 bələdiyyə yaxşı işləyir, qalanları yox. Bu necə olur ki, biri yaxşı, biri pis işləyir? Deməli, sistem yaxşı qurulmayıb. Bizim dəstək verməyimiz üçün onların özlərindən də hərəkət lazımdır. Bələdiyyələrin yaxşı işləməsi üçün nə etmişik? Qanunların icrası üçün nələr etmişik? Gəlib deməlidirlər ki, qanunu qəbul etmisiniz, icra edə bilmirəm. Bu da yoxdur. Bələdiyyələrə dəstək verilməlidir, onlara şərait yaradılmalıdır”.
Qeyd edək ki, müzakirələrdən sonra “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəd səsə qoyularaq qəbul edilib.
Vasif Həsənli
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər