Bələdiyyələri “torpaqsatan” imicindən qurtarmaq istəyiriksə... – TƏKLİF
Bizi izləyin

Nida.az

Bələdiyyələri “torpaqsatan” imicindən qurtarmaq istəyiriksə... – TƏKLİF

“Əgər bələdiyyələri “torpaqsatan” imicindən qurtarmaq istəyiriksə, o zaman onlara ya əlavə səlahiyyət verməliyik, ya da bütövlükdə bələdiyyə institutunu ləğv etməliyik”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, bütün bunlardan sonra nəhayət ki, icra hakimiyyətləri bələdiyyələrin işinə maneə yaratmağın qanunsuz olduğunu dərk edə biləcəklər: “Əhalinin 4 milyonu Bakıda gəlib məskunlaşıb. Qalanı isə bölgələrdədir. Bu qədər əhalinin rayonda işləməsi üçün yerlər torpaq sahələridir. Çünki rayonlarda 1 milyona yaxın iş yeri potensialı var. Ancaq vətəndaş əmin olmalıdır ki, rayona geriyə dönəndə, onun ödədiyi pullarla bağlı məsələlər yoluna qoyulacaq və bələdiyyə kreditlərinə çevriləcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm