Rusiyanın Yaxın Şərqdən çıxması üçün Qarabağda savaş – MÜHARİBƏ QAPIMIZDA
Bizi izləyin

Nida.az

Rusiyanın Yaxın Şərqdən çıxması üçün Qarabağda savaş – MÜHARİBƏ QAPIMIZDA

“Dağlıq Qarabağda müharibənin başlaması Rusiyanın diqqətini Yaxın Şərqdən yayındıra bilər”.

Publika.az xəbər verir ki, bu barədə çexiyalı analitik Lukas Vizingr “Echo24” portalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiya və Türkiyənin dostudur: “Lakin Dağlıq Qarabağ məsələsində Türkiyə onu birbaşa dəstəkləyir və bu, hazırkı geosiyasi situasiyada vacib amildir. Azərbaycanın qoruyucusu Türkiyə və Ermənistanın qoruyucusu Rusiya arasında münasibətlər pisləşib və bu, ciddi siqnallardan xəbər verir”.

Analitik hesab edir ki, Türkiyə Qafqaza doğru siyasətini kəskinləşdirəcək.

“Qafqazda partlamağa hazır olan Dağlıq Qarabağ münaqişəsində vəziyyət xeyli gərginləşib. Müharibənin başlaması Rusiyanın qüvvələrinin dağıdılması və diqqətinin Yaxın Şərqdən yayınması demək olar ki, bu da Türkiyə və müttəfiqlərinə sərf edir. Belə görünür ki, Azərbaycan üçün ya sülh danışıqları, ya da müharibə variantı arasında elə də böyük fərq yoxdur. Bakı hansı yolla olursa olsun, torpaqlarını geri almaq istəyir. Bu baxımdan hesab etmək olar ki, Dağlıq Qarabağda müharibə başlayır, Rusiyanın qüvvələri parçalanır və Türkiyənin Yaxın Şərqə yolu açılır”, - deyə Lukas Vizingr deyib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm