ABŞ səfiri: “Qarabağda müharibə realdır”
Bizi izləyin

Nida.az

ABŞ səfiri: “Qarabağda müharibə realdır”

“Dağlıq Qarabağda müharibənin başlaması realdır”.


Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills “facebook” səhifəsində yazıb.


Onun sözlərinə görə, hərbi əməliyyatların genişlənməsi adi səhvlər nəticəsində mümkündür: “ABŞ hökuməti təmas xəttində artan gərginliyə, eləcə də hərbi ritorikaya görə narahatdır. Mən tərəflərin adi səhvlərinə görə hərbi əməliyyatların genişlənməsinin real olduğunu düşünürəm. ATƏT Minsk qrupunun həmsədrləri təmas xəttində gərginliyin azaldılması və vəziyyətə nəzarət mexanizmlərinin yaradılması üçün tədbirlər görməlidir”.


Diplomat hesab edir ki, sülh danışıqları ilə münaqişənin uzunmüddətli həllinə nail olmaq mümkündür.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm