• USD 1,7000 0,00% EUR 1,8725 -0,17%
    • GBP 2,1844 -0,09% RUB 0,0265 -0,38%

İlham Əliyev “Goetzpartners” şirkətinin sahibi ilə görüşüb

  • Nida.az
  • 12 Fevral 2016 18:07
  • 542 Baxış
İlham Əliyev “Goetzpartners” şirkətinin sahibi ilə görüşüb

Fevralın 12-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru Stefan Qötz ilə görüşü olub.

Almaniyada 10 ən böyük konsaltinq şirkətindən biri olan və 9 ölkədə 12 ofisi yerləşən “Goetzparners” şirkətinin icraçı direktoru Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirdi.

Dövlətimizin başçısı Azərbaycanda xarici şirkətlər üçün əlverişli sərmayə mühitinin olduğunu, onların uğurlu fəaliyyətinə hər cür şəraitin yaradıldığını söylədi. Prezident İlham Əliyev “Goetzparners” şirkətini Azərbaycanda fəaliyyətə dəvət etdi.

Stefan Qötz dəvətə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR