Arif Hacılı ilə Qubad İbadoğlunun qurultay davası davam edir
Bizi izləyin

Nida.az

Arif Hacılı ilə Qubad İbadoğlunun qurultay davası davam edir

Məhkəmədə üz-üzə gələn Müsavat Partiyası ilə keçmiş müsavatçıların yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatı arasında qarşıdurma davam edir.


Publika.az xəbər verir ki, qurultayın nəticələrinin ləğvi ilə bağlı davam edən məhkəmə prosesində Müsavat tərəfinin vəkili kimi çıxış edən Osman Kazımov ADR tərəfindən şikayətçi keçmiş müsavatçı Əlövsət Sadıqlını ittiham edib.


“Hörmətli Əlövsət Sadıqlı cənabları yenə sual verəcək ki, qurultayda nə qədər adam iştirak edirdi? Mən də deyəcəm ki, çoxlu. Hakim də yəqin deyəcək ki, Əlövsət müəllim bu sualı axı neçə dəfə verəcəksiniz? Sonra Əlövsət bəy deyəcək ki, necə nəfər seçildi? Mən də cavab verəcəm ki, bir xeyli. Yəqin ki, hakim yenə deyəcək ki, Əlövsət müəllim axı bu sualı hər dəfə verməyin nə mənası var. Siz sübutlarınızı təqdim edin. Sonra Əlövsət bəy deyəcək ki, inzibati resurslardan niyə Arif Hacılıya səs vermə üçün istifadə edildi? Mən də deyəcəm ki, Müsavat Partiyasının pulu yoxdur axı resurs kimi istifadə edək”, - deyə O. Kazımov növbəti məhkəmə prosesinin “proqnozunu” verərək, Ə. Sadıqlıya atmaca atıb.


Ə. Sadıqlı Publika.az-a açıqlamasında bildirib ki, Osman Kazımovun məntiqsiz, səbatsız, yuxu sayıqlamalarına bənzər qeyri-ciddi cızma-qaralarına cavab vermək fikrində deyil.

Ə. Sadıqlı əlavə edib ki, indiyə qədər Müsavatın qurultayından narazılığı ilə bağlı partiya rəhbərliyinə dəfələrlə müraciət edib.


“Müsavatın adının seçki saxtakarlıqlarında hallanmasına əsas yaradan şəxslərə bəlkə də yüz dəfələrlə müraciət etmişəm. İstəmişəm ki, baş vermiş seçki pozuntularının mənfi nəticələrinin aradan qaldırılması məsələsi partiyadaxili müstəvidən kənara çıxmamaqla öz həllini tapsın. Təəssüf ki, hörmətli İsa Qəmbər və Arif Hacılının şəxsi mənafelərini partiya və ümummilli maraqlardan üstün tutması problemin partiya daxilində həll edilməsinə imkan vermədi. Ona görə də mən problemin mahiyyəti, detalları və həlli yollarını özündə ehtiva edən geniş həcmli məqalələrlə cəmiyyəti məlumatlandırmaq məcburiyyətində qaldım. Düşündüm ki, bəlkə, bu adamlar ictimai qınaqdan çəkinib, etdikləri saxtakarlıqların mənfi nəticələrinin aradan qaldırılması istiqamətində təşəbbüs göstərərlər. Lakin Müsavatın tarixinə saxtakarlıq damğasını vuran şəxslər öz hərəkətləri ilə demokratik prinsiplərdən uzaq olduqlarını bir daha təsdiq etdilər və İsa Qəmbər, Arif Hacılı və onların ətrafında olan bir qrup qaragüruhçu dəstə doğru yolu seçmək, etdiklərindən peşman olmaq, Müsavatın üzərinə yaxdıqları qara ləkəni təmizləmək əvəzinə Müsavatda saxtakarlığa qarşı çıxan namuslu adamlara satqın damğası vurmaq və onları Partiyadan qovmaq yolunu tutdular”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm