Ərdoğan Əliyevə təklif verəcək
Bizi izləyin

Nida.az

Ərdoğan Əliyevə təklif verəcək

Azərbaycan Rusiyaya hər şeydən öncə Ermənistanla münasibətlərdə vasitəçi kimi baxır.

Axar.az xəbər verir ki, bunu “Moscow-baku.ru” saytına açıqlamasında rusiyalı politoloq Vladimir Jarixin söyləyib. Onun sözlərinə görə, Bakı Moskva ilə bu sahədə olan əlaqəsini itirmək istəməz:

“Rusiyanın Azərbaycanı müttəfiq kimi itirməsi ilə bağlı artıq 20 ildir ki, hər kəs danışır, amma ortada heç nə yoxdur. İlham Əliyev öz atasının layiqli davamçısıdır. O, daima öz siyasətini balanslaşdırmağı bacarır. Ərdoğanın yaxın zamanlarda Azərbaycana baş tutacaq səfəri zamanı da o, Əliyevə nəsə təklif edə bilər. Əlbəttə, Ərdoğan istəyir ki, Azərbaycan tam olaraq Türkiyənin yanında yer alsın”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm