“Əlibəyliyə hücum Rusiyanın sifarişidir“ - VERSİYA
Bizi izləyin

Nida.az

“Əlibəyliyə hücum Rusiyanın sifarişidir“ - VERSİYA

“Əlibəyliyə hücum Rusiyanın sifarişidir“ - VERSİYA

“Ermənistanın Əlibəyliyə hücumu ilə Haaqa görüşü və BMT-də Azərbaycanın Ukraynanın mövqeyini dəstəkləməsi arasında əlaqə olduğunu düşünürəm”.

Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Ərəstun Oruclu deyib.O, Ermənistan ordusunun Əlibəyli kəndinə hücumunu Azərbaycanın son günlər Rusiyaya qarşı etdiyi çıxışlarla bağlı olduğunu bildirib. “Bunu bir çox tərəfə yozmaq olar. Birincisi, prezidentlərin Haaqa görüşünün nəticəsidir. Bu görüşün nəticələri ilə bağlı heç kim hələ açıqlama verməyib. Amerikalı həmsədr Ceyms Uorlik isə çox pessimist qeydlər edib. Ola bilsin ki, hansısa müstəvidə sərt danışıq olub. Ermənistanın Əlibəyliyə hücumu ilə Haaqa görüşü və BMT-də Azərbaycanın Ukraynanın mövqeyini dəstəkləməsi arasında əlaqə olduğunu düşünürəm. Rusiyanın Azərbaycandan başqa mövqe gözləməsi bir az reallıqdan kənar olardı. Rusiya Azərbaycan, Moldova, Gürcüstan, Ukraynanın ərazilərinə ya birbaşa, ya da ki kimlərinsə əliylə təcavüz edib”.

Politoloq Rusiyanın bu tip təcavüzlərinə görə cəzalandırılacağını qeyd edib. “Rusiya leyhinə səs verən ölkələrin əksəriyyəti onsuz da ABŞ-ın təcrid siyasəti çərçivəsindədir. Bu ölkələrin əksəriyyətinə qarşı sanksiyalar indi də tədbiq edilir. Amma ortaya bir sual çıxır: bəs, Rusiya onun əleyhinə səs verən 100 ölkəyə qarşı nə edəcək? Rusiya siyasəti artıq çox sürətlə marginallaşır. O artıq siyasətdən kənara çıxıb, quldur kimi davranır. Onun istəklərinə qarşı çıxan ölkələrə açıq və ya qapalı təcavüz edir. Bax, buna görə Rusiyanın cavabı veriləcək”.

Qeyd edək ki, dünən BMT-də Ukraynanın ərazi bütövlüyü ilə əlaqədar məsələ səsverməyə qoyulub. Azərbaycan da daxil olmaqla, 100 ölkə Rusiyanın işğalçılıq siyasətinə qarşı səs verib. Ermənistan isə digər 1o ölkə ilə birlikdə Krımın işğalında Rusiyanı dəstəkləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm