Nida.az
Artilleriya, vertolyotlar... Rusiya və Türkiyə Qarabağda müharibəyə başlayır
“Suriyada və İraqdakı konflikt, həmçinin, onların doğurduğu miqrasiya problemi digər problemləri kölgədə qoydu. Misal üçün, Liviya və Yəməndəki konflikt, yaxud Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ikinci plana keçib. Son zamanlar “dondurulmuş” adlandırılan Dağlıq Qarabağ münaqişəsində gərginlik xeyli artıb və tez-tez iki ölkə arasında yeni qanlı müharibənin başlayacağı haqda xəbərdarlıqlar eşidilir”.
Publika.az xəbər verir ki, bu barədə Çexiyanın
“Echo24” portalında yayımlanan “Qafqazda yeni müharibə kimə
əlverişlidir?” sərlövhəli məqalədə deyilir.
Portal yazır ki, Dağlıq Qarabağ ərazisi beynəlxalq səviyyədə
Azərbaycan ərazisi kimi tanınır: “Lakin burada etnik ermənilər
yaşayır və ərazi Ermənistanla sərhəddədir. İki ölkə hələ I Dünya
müharibəsi dövründə bu ərazi uğrunda vuruşurdu, lakin Sovet
İttifaqı buna son qoydu. Ötən əsrin 80-ci illərinin sonunda isə
münaqişə yenidən qızışdı. 1994-cü il atəşkəs imzalanana qədər
Qarabağda müharibə getdi, nəticədə Azərbaycan öz ərazilərini
itirməklə üzləşdi. Ermənistanın zəbt etdiyi bu ərazilərdə “Dağlıq
Qarabağ Respublikası” yaradıldı. Bu kvazidövləti heç kim tanımır.
“DQR” müstəqil olduğunu iddia edir, lakin heç kəsdə şübhə yoxdur
ki, onu Ermənistan, dolayısı ilə Rusiya dəstəkləyir. Məhz Rusiyanın
dəstəyi ilə zəif Ermənistan müharibədən qalib çıxmışdı. Azərbaycan
münaqişə boyunca həmişə Türkiyənin dəstəyindən istifadə edib. Hər
şeydən əvvəl hər iki dövlətin xalqı türkdür, həmçinin, Ankaranın
Qafqaza dair öz siyasi maraqları var. Azərbaycana dəstək verənlər
sırasında Qərbin də əksər ölkəsi var idi. Müsəlman İran isə həmişə
Ermənistanı dəstəkləyib. Burada İranın Türkiyə ilə rəqabəti ilə
yanaşı, Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar faktoru da önəm
daşıyır. Tehran hesab edirdi ki, Azərbaycanın müharibədə mümkün
qələbəsi cənubdakı azərbaycanlıların ayağa qalxması və ona qarşı
çıxması ilə nəticələnə bilər”.
Məqalədə vurğulanır ki, münaqişə boyunca zaman-zaman gərginlik
müşahidə olunub.
“Lakin heç vaxt ağır artilleriyadan istifadə qeydə alınmamışdı. Son
iki ildə isə cəbhədə vəziyyət xeyli gərginləşdi, iriçaplı silahlar
və ağır artilleriya dövriyyəyə girdi. Yeni minillikdə Rusiya
Vladimir Putinin rəhbərliyi ilə yüksəlməyə başladı və Moskva
Ermənistana dəstəyini daha da artırdı. Azərbaycan ağıllı
davranaraq, Moskva ilə sıx münasibətlər qurdu. Rusiya müasir
silahları Azərbaycana satmağa başladı, lakin çox baha qiymətə. Buna
paralel olaraq da Ermənistana güzəştli şəkildə silahlar verməyə
davam etdi. Azərbaycan öz hərbi büdcəsini artırdı və Ermənistanın
dövlət büdcəsindən də yüksək həddə çatdı. Bu, Rusiyanı narahat
etməyə bilməzdi, məhz buna görə İrəvana böyük miqdarda silahlar
verdi”, - deyə portal yazır.
Məqalədə qeyd olunur ki, artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
vəziyyət dəyişib: “Cəbhə xəttində artilleriya, vertolyotlar,
pilotsuz təyyarələrin görünməsi adi hal alıb. Buna görə Dağlıq
Qarabağda müharibənin başlaması gözləniləndir. Məlumatlar var ki,
Azərbaycan öz arsenalına ən müasir silahları qatıb. Rusiya isə
Su-30SM təyyarələrini Ermənistana verir. Beləliklə, Rusiya yenə
“parçala və hökmranlıq et” siyasətini yürüdür”.
Portal qeyd edir ki, Rusiya-Türkiyə qarşıdurması Dağlıq Qarabağa
sıçraya bilər.
Asif Nərimanlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK