Avropa Birliyindən ali qonaq gəlir
Bizi izləyin

Nida.az

Avropa Birliyindən ali qonaq gəlir

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Azərbaycana səfərinin vaxtı məlum olub.

Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyindən Publika.az-a daxil olan məlumata görə, səfər fevral ayının son həftəsi reallaşacaq.

Səfər çərçivəsində Federika Mogerininin Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi, xarici işlər naziri Elmar Məmmədyarov və digər şəxslərlə görüşü nəzərdə tutulub.

Federika Mogerininin Azərbaycandan sonra Ermənistana səfəri gözlənilir.

Xatırladaq ki, bir müddət öncə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard Federika Mogerininin 2016-cı ilin birinci yarısında Bakıya səfər edəcəyini bildirmişdi.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm