Nida.az
“Azərbaycan Ordusunun müharibədə gücünü göstərməsini arzulamırıq” – rusiyalı ekspert
“Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlar və hərbi texnika ilə təchiz olunub. Həqiqətən də, Azərbaycan bu gün güclü hərbi dövlətdir”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı
hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Litovkin “Vestnik
Kavkaz” saytına açıqlamasında “Global Firepower” hərbi portalının
dünyanın ən güclü ordularının illik indeks reytinqini şərh edərkən
bildirib.
Onun sözlərinə görə, hərbi texnika ilə yanaşı, hər bir ordu üçün
peşəkar heyətin hazırlığı da əsas götürülür: “Azərbaycan Ordusu
hələlik özünü müharibə meydanında göstərməyib. Onlar daha çox hərbi
poliqonlarda təlimlər zamanı güc nümayiş etdirir. Müşahidələr
Azərbaycan Silahlı Qüvvələrinin möhkəm olduğunu göstərir”.
Ekspert onu da vurğulayıb ki, bu gün Cənubi Qafqazda müharibənin
olmaması yaxşıdır: “Çünki hərbi təlimlərdə orduların ümumiyyətlə
güclü olduğunu görürük, amma onların bu gücü müharibə meydanında
sınamasını heç kəs arzulamır”.
Qeyd edək ki, “Global Firepower” hərbi portalının 126 ölkənin hərbi
potensialı-canlı qüvvəsi və hərbi texnikasının sayı, hərbi
sənayesinin inkişaf gücü nəzərə alınan reytinqində Azərbaycan
ordusu 1,5221 indeks xalı ilə dünyanın ən güclü 64-cü ordusu
seçilib. Ermənistan ordusu Azərbaycan Ordusundan 10 pillə
aşağıdır.
Asif Nərimanlı
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO