Prezidentin köməkçisi Qubad İbadoğlunun təkliflərini qəbul etdi - SƏNƏD/FOTO
Bizi izləyin

Nida.az

Prezidentin köməkçisi Qubad İbadoğlunun təkliflərini qəbul etdi - SƏNƏD/FOTO

Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə köməkçisi Natiq Əmirov Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının 2 həftə bundan əvvəl təqdim etdiyi “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nə baxılması barədə 10 fevral 2016-cı il tarixli cavab məktubu göndərib.


Publika.az xəbər verir ki, bu barədə ADR rəhbəri Qubad İbadoğlu “facebook” səhifəsində məlumat verib.


Məktubda bildirilib ki, “Azərbaycan Demokratiya və Rifah Hərəkatı” İctimai Birliyi tərəfindən hazırlanmış “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi” adlı sənəd layihəsinə baxılıb: “Bildiririk ki, göndərilən layihədə məqsədəuyğun hesab edilən təkliflər dövlətin və cəmiyyətin marağı nəzərə alınmaqla aparılan iqtisadi islahatların gedişi prosesində nəzərə alınacaq. Əməkdaşlığa, verdiyiniz təkliflərə görə təşəkkürümüzü bildiririk”.


Hazırda ABŞ-ın nüfuzlu Duke Universitetininin iqtisadiyyat üzrə professoru vəzifəsində çalışan Qubad İbadoğlu qeyd edib ki, bir müddət Azərbaycandan kənarda fəaliyyət göstərməsinə baxmayaraq, ölkə iqtisadiyyatında, sosial sferada baş verən dəyişiklikləri izləyir, proseslərə mümkün qədər operativ və obyektiv münasibət bildirir, təkliflərlə çıxış edir: “Mütəxəssis kimi başlıca məqsədim bu həssas dönəmdə Azərbaycan iqtisadiyyatının problemlərinin həlli və əhalinin güzəranının pisləşməsinin qarşısını almaq üçün zəruri tədbirlərin həyata keçirilməsinə töhfələrimi verməkdən ibarətdir. Azərbaycanlı kimi istəyim dövlətimi iqtisadi və siyasi cəhətdən güclü görmək və onun zəifləməsindən kənar qüvvələrin istifadə etməsinə yol verməməkdir. Elə bu məqsədlə də bir qrup xarici və Hərəkatımızın üzvü olan yerli mütəxəssislərlə müzakirə aparıb, “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nı hazırladıq və kömək məqsədi ilə onu Azərbaycanın mövcud hakimiyyət orqanlarına təqdim etdik”.


Q. İbadoğlu prezidentin iqtisadi islahatalara məsul olan köməkçisinə sənədə baxılmasına və məqsədəmüvafiq hesab edilən təkliflərin nəzərə alınacağına dair cavabına görə təşəkkürünü bildirib.


“Hesab edirəm ki, bu, hazırkı həssas dövrdə iqtisadi islahatlara olan inamın yaradılması baxımından da önəmlidir. Eyni zamanda, ümid edirəm ki, təqdim etdiyimiz Paketdəki təkliflərin reallaşdırılması istiqamətində müzakirələr və əməkdaşlıq davam edəcək. Bir daha bəyan etmək istəyirəm ki, ADR Hərəkatı öz mütəxəssisləri ilə birlikdə Azərbaycan cəmiyyətinin maraqları nəzərə alınmaqla hökumətin bütün sferalarda həyata keçirəcəyi islahatlara, konkret olaraq “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nın tətbiqinə bundan sonra da dəstək verməyə hazırdır”, - deyə o vurğulayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm