Hasan Kanpolat: “Türkiyə Azərbaycanın təklənməsinə imkan verməz”
Bizi izləyin

Nida.az

Hasan Kanpolat: “Türkiyə Azərbaycanın təklənməsinə imkan verməz”

“Türkiyə-Rusiya münasibətləri pisləşəndən sonra bu, Qafqaza və Orta Asiyaya da öz təsirini göstərdi”.

Bunu Publika.az-a açıqlamasında Ortadoğu Strateji Araşdırmalar Mərkəzinin direktoru, türkiyəli politoloq Hasan Kanpolat deyib.

Onun sözlərinə görə, Azərbaycan bu proseslərin tərkib hissəsi olmasa da, baş verənlər ona da təsirsiz ötüşmür: “Ermənistan Rusiya-Türkiyə münasibətlərinin pisləşməsindən öz məqsədləri üçün istifadə etməyə çalışır. İrəvan bu prosesdə Dağlıq Qarabağın işğalını qanuniləşdirmək üçün Rusiyadan alət kimi istifadə edir. Amma Azərbaycan əmin olsun ki, Türkiyə hər zaman onun yanındadır. Türkiyədə hakimiyyətdə kim olmasından asılı olmayaraq, kiminsə Azərbaycana hücum etməsinə imkan vermərik. Bu türk millətinin, dövlətinin siyasətidir və bu siyasət 1991-ci ildən sonra deyil, yüzilliklər öncə başlayıb. Türkiyə Azərbaycanın Qafqazda tək qalmasına imkan verməz”.

H. Kanpolat hesab edir ki, Türkiyə-Rusiya münasibətləri sülh yolu ilə həll edilməlidir: “Çünki bu gərginlik həm Qafqaza, həm də Orta Asiyaya təsir edir. Hörmətli İlham Əliyevlə Nazarbayev Ankara və Moskvanı yaxınlaşdırmaq üçün hərəkətə keçməlidir”.

Türkiyəli politoloq Dağlıq Qarabağda müharibə başlayacağı haqda səslənən ehtimalları qəbul etmir.

“Qarabağda yaxın dövrdə böyük müharibənin başlayacağı ehtimalını düşünmürəm. Böyük müharibənin olmasından təkcə Rusiya, Ermənistan, yaxud Türkiyə deyil, bütün dünya zərər görə bilər. Amma silahlı qarşıdurmanın genişlənməsi gözləniləndir”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm