Novruz Məmmədov Ankaradakı terror aktından danışdı
Bizi izləyin

Nida.az

Novruz Məmmədov Ankaradakı terror aktından danışdı

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ankarada törədilən terror aktını pisləyən bəyanat yayıb.


Publika.az xəbər verir ki, N. Məmmədov “Twitter” səhifəsində yazıb ki, terror aktlarının beynəlxalq aləmdəki gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur: “Düşünürəm ki, dövlətlərarası gərginlik azalarsa, terror aktlarının azalması da müşahidə olunar”.


PA rəsmisi terror aktı ilə bağlı Türkiyə xalqına başsağlığı verib.


“Ankarada terror hadisəsi nəticəsində həyatını itirən insanlara Allah rəhmət eləsin, yaxınlarına səbir, dözüm versin!” - deyə N. Məmmədov qeyd edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm