Mövlud Çavuşoğlu: “Azərbaycanın terrorla bağlı dəstəyindən məmnunuq”
Bizi izləyin

Nida.az

Mövlud Çavuşoğlu: “Azərbaycanın terrorla bağlı dəstəyindən məmnunuq”

“Ankarada baş verən xain terror aktına görə qardaş Azərbaycandan dəstəyimizi gördük. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə başsağlığı verdi. Biz bütün bunlara görə Azərbaycana çox təşəkkür edirik”.

Publika.az-ın məlumatına görə, bunu Türkiyənin Bakıda səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

Türkiyəli nazir deyib ki, qardaş Azərbaycan terror məsələsində hər zaman Türkiyəyə lazımi dəstəyi verib: “Terror məsələsində Türkiyə və Azərbaycanın mövqeyində fikir ayrılığı yoxdur. Biz Prezident İlham Əliyevlə görüşdə də terrorla bağlı dəstəyi gördük və bundan məmnunuq. Buna görə də biz qardaş Azərbaycana təşəkkür edirik”.

Çavuşoğlu qeyd edib ki, PKK ilə PYD eyni təhlükəyə malik terror təşkilatlarıdır: “PKK ilə PYD terror təşkilatları arasında heç bir fərq yoxdur. Türkiyə terrorla mübarizədə əsla geri addım atmayacaq. Bizi bu mübarizədən kimsə geri çəkə bilməz. Ankarada törədilən qanlı terror aktı ilə bağlı hazırda araşdırmalar davam edir, hələlik bu terror aktının arxasında kimlərin dayandığı dəqiq deyil. Ancaq biz bunun sonuna çıxacağıq”.

Türkiyəli nazir bildirib ki, regional və beynəlxalq məsələlərdə Türkiyə və Azərbaycan birgə hərəkət edir: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də Azərbaycan kimi yaxından maraq göstərir. Bu yaxınlarda Xocalı faciəsinin növbəti ildönümüdür. Bu faciənin qurbanları Türkiyədə anılacaq. Mən fürsətdən istifadə edib, Xocalıda şəhid olan insanlarımıza Allahdan rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm