Ankara terrorunda ölənlər arasında azərbaycanlı yoxdur - XİN
Bizi izləyin

Nida.az

Ankara terrorunda ölənlər arasında azərbaycanlı yoxdur - XİN

“Ötən gün Ankarada törədilən terror aktı zamanı həlak olanlar arasında azərbaycanlılar yoxdur”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev bildirib.

XİN rəsmisi deyib ki, Ankarada törədilən terror aktında azərbaycanlıların olması ilə bağlı diplomatik nümayəndəliyə hələlik heç bir məlumat daxil olmayıb.

Xatırladaq ki, fevralın 17-də Türkiyənin paytaxtı Ankarada 28 nəfərin həlak olması, 60-dan çox adamın yaralanması ilə nəticələnən terror aktı törədilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm