Rəsmi Bakının Antiterror Koalisiyası ilə bağlı mövqeyi AÇIQLANDI
Bizi izləyin

Nida.az

Rəsmi Bakının Antiterror Koalisiyası ilə bağlı mövqeyi AÇIQLANDI

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin terrorizmə qarşı yaradılan İslam Koalisiyasına qoşulması məsələsinə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə bu gün keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Azərbaycanın İslam Koalisiyasına qoşulması barədə hələlik qərar qəbul olunmayıb: “Terrorla mübarizə genişmiqyaslı məsələdir. Biz bu koalisiyaya qoşulmaq üçün təklif almışıq. Ancaq qərar hələ qəbul olunmayıb. Hazırda Azərbaycanın koalisiyada hansı şəkildə iştirak edə biləcəyini müzakirə edirik”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2015-ci il dekabrın 15-də terrorizmlə mübarizə üzrə İslam Hərbi Koalisiyasının yaradıldığını bəyan edib. Koalisiyaya 34 ölkə daxildir. Ərəbistan yarımadası ölkələrindən hərbi ittifaqda Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər, Küveyt, Yəmən iştirak edir.

Afrika ölkələrindən koalisiyaya Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Komor adaları, Fil Dişi Sahili, Liviya, Mali, Misir, Mərakeş, Mavritaniya, Niger və Nigeriya qatılıb.

Bundan başqa, ittifaqda İordaniya, Fələstin, Livan, Türkiyə, Pakistan, Banqladeş, Maldiv adaları və Malayziya var.

Səudiyyə Ərəbistanının regiondakı əsas rəqibi və şiə dövləti olan İran və regionun əhalisinin əksəriyyəti müsəlman olan Suriya, İraq və Oman kimi dövlətlər koalisiyaya daxil olmayıb.

Koalisiyanın yaradılamsında əsas məqsəd Səudiyyə Ərəbistanı başda olmaqla bu birliyə daxil olan ölkələrin terrorizmlə mübarizə üzrə hərbi ittifaqını formalaşdırmaq, hərbi əməliyyatları uzlaşdırmaq və dəstəkləməkdir.

Müştərək əməliyyat mərkəzi Ər-Riyadda yerləşəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm