Sabah nazirlər Bakı-Tiflis-Qarsa baxış keçirəcək
Bizi izləyin

Nida.az

Sabah nazirlər Bakı-Tiflis-Qarsa baxış keçirəcək

“Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası tezliklə keçiriləcək”.

Publika.az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında bildirib.

Türkiyəli nazir deyib ki, əslində, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası ötən gün baş tutmalıydı: “Ancaq çox təəssüf ki, ötən gün Ankarada məlum xain terror aktı törədildi. Bu toplantı tezliklə təşkil olunacaq. Azərbaycanla Türkiyənin əlaqələri daha da irəli aparmaq üçün iradəsi var. Azərbaycan bu il müstəqilliyinin 25 illiyini qeyd edəcək”.

Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla bu gün keçirdiyi görüşlərə də toxunan Çavuşoğlu qeyd edib ki, görüşlərdə bir sıra ortaq layihələr müzakirə olunub: “Ola bilsin ki, sabah Gürcüstanda Bakı-Tiflis-Qars dəmiryol xətti layihəsinə birgə baxış keçirək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm