Bakı-Tbilisi-Qars üçün qatarların istehsalına başlandı
Bizi izləyin

Nida.az

Bakı-Tbilisi-Qars üçün qatarların istehsalına başlandı

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Artıq vaqonların istehsalına start verilib.

Publika.az xəbər verir ki, bu məsələ “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ilə görüşdə müzakirə edilib.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Stadler Rail Group” şirkətindən KİSS markalı beş ədəd ikimərtəbəli elektrik qatarının alınması üzrə saziş imzalanmasından danışıb. O, qatarlardan üçünün artıq Bakı-Sumqayıt-Bakı marşrutunda işlədiyini, daha iki qatarın isə ölkəmizə gətirilməsinin nəzərdə tutulduğunu deyib.

İkitərəfli görüşdə, İsveçrə və Azərbaycanın əməkdaşlıq perspektivləri məsələləri müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm