Türk mediası: “Azərbaycan Ordusu müharibəyə hazırlaşır”
Bizi izləyin

Nida.az

Türk mediası: “Azərbaycan Ordusu müharibəyə hazırlaşır”

Türkiyə mediası Azərbaycan Ordusunun keçirdiyi hərbi təlimləri “Azərbaycan əsgəri müharibəyə hazırlaşır” başlığı ilə təqdim edib.


Publika.az xəbər verir ki, “Timetürk” portalı Azərbaycan Müdafiə nazirliyinə istinadən Silahlı Qüvvələrimizin hərbi birliklərinin döyüşə hazır vəziyyətə gətirilməsi üçün təlimlərə başladığını yazıb.


“Təlimə həyəcan siqnalı ilə hərəkətə keçmə, müharibə, silahların hazır vəziyyətə gətirilməsi, birliklərin toplanması, döyüş bölgələrində kamufulyaj olma kimi hərbi hərəkətlər daxildir. Təlimdə çoxlu sayda əsgər və zirehli texnika iştirak edir”, - deyə portal yazıb.


“Haber7” saytı isə təlimlərlə bağlı xəbəri “əsgər müharibəyə hazırlaşır” başlığı ilə yayımlayıb.


“Azərbaycan Müdafiə Nazirliyindən verilən açıqlamada hərbi birliklərin döyüşə hazır vəziyyətə gətirilmə planı çərçivəsində təlim başlayıb”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm